Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Macarıstanda rəsmi səfərdə olacaq
Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə parlament nümayəndə heyəti iyunun 28-dən iyulun 1-dək Macarıstanın paytaxtı Budapeşt şəhərində rəsmi səfərdə olacaq.
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Senatının Sədri ilə görüşüb
Pakistanda rəsmi səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova iyunun 4-də Pakistan İslam Respublikası Senatının Sədri Məhəmməd Sadiq Sancrani ilə görüşüb. Azərbaycan parlamentinin nümayəndə heyətini ehtiramla qarşılayan Pakistan Senatının Sədri Məhəmməd Sadiq Sancrani ölkələrimiz arasında tarixən formalaşmış və Azərbaycanın müstəqilliyi dövründə daha da möhkəmlənmiş əlaqələrdən söz açıb.
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub. Milli Məclisin Sədri burada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub.
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan Prezidenti Arif Alvi ilə görüşüb
İyunun 4-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Pakistan Prezidenti Arif Alvi ilə görüşüb. Azərbaycan Milli Məclisinin Sədrini və parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnunluğunu ifadə edən Prezident Arif Alvi onun salamlarını Azərbaycan Prezidenti cənab İlham Əliyevə çatdırmağı xahiş edib.
Pakistanda Azərbaycanın dostları ilə görüşdə
İyunun 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasının Senatında və Milli Assambleyasında fəaliyyət göstərən Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində Milli Assambleyanın Sədri Əsəd Qeysərlə görüşüb
İyunun 3-də Milli Məclisin Sədri Sahibə Qafarova Pakistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyasının Sədri Əsəd Qeysərlə görüşüb. Milli Məclis Sədrinin rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyətini Pakistanda görməkdən məmnun olduğunu deyən Milli Assambleyanın Sədri bu səfərin iki ölkə arasında parlamentlərarası münasibətlərin inkişafına yeni töhfələr verəcəyinə əminliyini bildirib.
Milli Məclisin Sədri Sahibə Qafarova: "İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çox uğurlu keçdi"
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına səfəri çərçivəsində iyunun 2-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İslamabadda keçirilən İkinci Ümumi Konfransında yekun çıxış edib.
Milli Məclisin Sədri Sahibə Qafarova İslamabadda Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının Sədri ilə görüşüb
İyunun 2-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransı çərçivəsində İslamabadda Əfqanıstan İslam Respublikası Milli Assambleyasının Xalq Palatasının Sədri Mir Rahman Rahmani ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova İƏT PA-nın iclası çərçivəsində TBMM Sədri Mustafa Şentopla görüşüb
İyunun 2-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Pakistanda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopla görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova İƏT PA çərçivəsində Özbəkistan parlamentinin Spikeri ilə görüşüb
İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA-nın) İslamabadda keçirilən tədbirində iştirak edən Özbəkistan Respublikası Ali Məclisinin Qanunvericilik Palatasının Sədri Nurdinjon İsmoilovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova Qadın Parlamentarilərin iclasına sədrlik edib
İyunun 1-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İslamabadda keçirilən İkinci Ümumi Konfransı çərçivəsində Qadın Parlamentarilərin iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova Qadın Parlamentarilərin iclasının ilk sessiyasına sədrlik edib.
Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında çıxış edib
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan İslam Respublikasına səfəri çərçivəsində iyunun 1-də İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransının açılış mərasimində çıxış edib.
Milli Məclisin Sədri Sahibə Qafarova Pakistan televiziyasına müsahibə verib
İyunun 1-də Milli Məclisin Sədri Sahibə Qafarova İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransında iştirak edən KİV nümayəndələri ilə görüşüb, Pakistan televiziyasına müsahibə verib.
Milli Məclisin Sədri Sahibə Qafarova İslamabadda İƏT PA-nın tədbirində çıxış edib
Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdədir.
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdədir
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gəlib.
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Pakistan İslam Respublikasında səfərdə olacaq
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti mayın 31-dən iyunun 4-dək Pakistan İslam Respublikasında işgüzar və rəsmi səfərdə olacaq.
İtaliyada Azərbaycanın dostları ilə görüşdə
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti mayın 19-da Romada “Monteçitorio” sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Deputatlar Palatasının Sədri ilə görüşüb
Mayın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində Romada “Monteçitorio” sarayında İtaliya Respublikası Deputatlar Palatasının Sədri Roberto Fiko ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ilə görüşüb
Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 19-da İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.
Azərbaycan-İtaliya əlaqələri inkişaf edir
Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 18-də İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə görüşüb.

