Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
161

Bolqarıstan Xalq Məclisinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovun başçılıq etdiyi nümayəndə heyəti martın 4-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

04 mart 2024    14:27
257

Almaniya Bundestaqının nümayəndələri Milli Məclisdə olublar

Martın 1-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin üzvlərinin ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Hüquq siyasəti komitəsinin nümayəndə heyəti ilə görüşü keçirilib.

01 mart 2024    20:00
250

Avropa Parlamentinin 2024-cü il fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə əlaqədar qəbul edilən illik hesabatına Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin 2024-cü il fevralın 28-də “Ümumi təhlükəsizlik və müdafiə siyasətinin həyata keçirilməsi” ilə bağlı qəbul etdiyi illik hesabatda öz əksini tapmış qərəzli, birtərəfli, beynəlxalq hüquq və ədalət anlayışları baxımından etinasız və laqeyd fikirləri kəskin şəkildə qınayır və onlara qətiyyətlə etirazını bildirir.

29 fevral 2024    15:03
204

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) Beynəlxalq Katibliyi adından Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) məktub ünvanlanıb

QDİƏTPA-nın vitse-prezidenti və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyətinin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyətinin rəhbəri Konstantinos Vlasis AŞPA prezidenti Teodoros Rusopulosa QDİƏTPA-nın Beynəlxalq Katibliyi adından məktub ünvanlayıblar.

27 fevral 2024    12:30
158

Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri AŞPA-nın sədrinə məktub ünvanlayıb

Fevralın 22-də Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb.

26 fevral 2024    19:11
140

Milli Məclisdə dinləmə keçiriləcək

Fevralın 28-də Milli Məclisdə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda ictimai dinləmə keçiriləcək.

26 fevral 2024    17:12
317

Asiya Parlament Assambleyasına sədrlik Azərbaycana keçib

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçirilir

Fevralın 22-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyası öz işinə başlayıb. Sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

22 fevral 2024    19:41
120

Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edəcəklər

Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindəki (QDİƏTPM)nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu təşkilatın Daimi komitəsinin xüsusi iclasında və Prosedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak etmək üçün fevralın 22-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

21 fevral 2024    12:35

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.