MDB PA komissiyalarının iclaslarında
Mayın 29-da Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Mədəniyyət, informasiya, turizm və idman üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.
Qarabağ Universitetinin tələbələri Milli Məclisdə olublar
Mayın 27-də Milli Məclisdə 28 May - Müstəqillik Günü ərəfəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirilib. Görüş "Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir" mövzusuna həsr olunub.
Parlament görüşləri
Mayın 27-də Milli Məclisin sədr müavini Rafael Hüseynov ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri ilə görüşüb.
Türk Qadın Parlamentarilərin Birinci Zirvə Toplantısında
Milli Məclisin deputatları Tamam Cəfərova və Gülşən Paşayeva mayın 28-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.
Deputatımız Türkiyəyə səfər edəcək
Milli Məclisin deputatı Sabir Hacıyev mayın 29-da Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.
Misir Ərəb Respublikası Senatının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razekin başçılıq etdiyi nümayəndə heyəti mayın 26-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Misir Ərəb Respublikası Senatının sədri Azərbaycana rəsmi səfərə gəlib
Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razekin başçılığı ilə parlament nümayəndə heyəti mayın 25-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstanın milli bayramı – Müstəqillik günü münasibəti ilə keçirilən tədbirdə iştirak edib.
Tədbirdə çıxış edən Milli Məclisin sədri Gürcüstanın Müstəqillik günü münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səmimi təbriklərini və ən xoş arzularını çatdırıb.
Milli Məclisin deputatları NATO PA-nın sessiyasında iştirak edəcəklər
Milli Məclisin deputatları - NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov və nümayəndə heyətinin üzvü Tahir Mirkişili NATO PA-nın yaz sessiyasında iştirak etmək üçün mayın 21-də ABŞ-nin Ohayo ştatının Dayton şəhərinə səfər edəcəklər.
Deputatımız İspaniya Krallığına səfər edəcək
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 21-də İspaniya Krallığının Madrid şəhərinə səfər edəcək. O, 22–23 may tarixlərində keçiriləcək Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumunda iştirak edəcək.
TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının onlayn iclasında
Mayın 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində proseslərin uyğunlaşdırılması: problemlər və inkişaf perspektivləri" mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Deputatlar Ankaraya səfər edəcəklər
Milli Məclisin deputatları Əziz Ələkbərov, Qaya Məmmədov, Ramil Həsən, Məlahət İbrahimqızı, Tənzilə Rüstəmxanlı mayın 18-də Türkiyə Respublikasının Ankara şəhərinə səfər edəcəklər.
Milli Məclisin deputatı Rumıniyada prezident seçkilərini müşahidə edəcək
Milli Məclisin deputatı Azay Quliyev mayın 16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Milli Məclisin deputatı Qazaxıstana səfər edəcək
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova mayın 14-də Qazaxıstanın Aktau şəhərinə səfər edəcək.
Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüş
Mayın 13-də Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və qrupun üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüblər.
Azərbaycan və Efiopiya parlamentarilərinin onlayn görüşündə
Mayın 12-də Azərbaycan və Efiopiya parlamentlərinin qarşılıqlı dostluq qrupları arasında onlayn görüş keçirilib.
Deputatlarımız QDİƏT PM-nin komitə iclasında iştirak edəcəklər
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və deputat Səbinə Salmanova Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Sosial və humanitar siyasət komitəsinin iclasında iştirak etmək üçün mayın 13-də Türkiyə Respublikasının Sinop şəhərinə səfər edəcəklər.
Milli Məclisin kollektivi Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
Mayın 10-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev, Aparat rəhbərinin müavinləri, Parlamentin İşlər müdiri Firudin Hacıyev, Aparatın və İşlər idarəsinin əməkdaşları Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər.
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar
Mayın 10-u müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Parlament İttifaqında Azərbaycan nümayəndə heyətinin rəhbəri Rafael Hüseynov və nümayəndə heyəti rəhbərinin müavini deputat Ceyhun Məmmədov mayın 11-də İndoneziya Respublikasının Cakarta şəhərinə səfər edəcəklər.

