Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
217

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının spikeri Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadi ölkəmizə rəsmi səfəri çərçivəsində iyunun 22-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

22 iyun 2026    12:53
163

Beynəlxalq Forumda

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov iyunun 22-də Belarus Respublikasının Brest şəhərində Belarus və Rusiya İttifaqı Parlament Assambleyasının təşkilatçılığı ilə keçiriləcək İttifaq Dövlətinin II Beynəlxalq Forumunda iştirak edəcək.

20 iyun 2026    16:20
205

Milli Məclisdə görüş

İyunun 19-da Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ölkəmizdə səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının İcraçı direktoru Hadi Bin Ali Al-Yaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

19 iyun 2026    17:52
169

Deputatlarımız Malayziyaya səfər edəcəklər

Milli Məclisin Malayziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov və üzvü Bəxtiyar Əliyev iyunun 21-də Malayziyanın Kuala Lumpur şəhərinə səfər edəcəklər.

19 iyun 2026    10:11
200

ABŞ Konqresinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadenin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər güllər düzüb.

17 iyun 2026    14:43
183

Beynəlxalq Forumda

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov iyunun 18-də Mərakeş Krallığının Mərakeş şəhərinə səfər edəcək. Komitə sədri səfər zamanı Avro-Aralıq Dənizi və Körfəz regionları üzrə Aralıq Dənizi Parlament Assambleyasının Mərakeş İqtisadi Parlament Forumunda iştirak edəcək.

17 iyun 2026    10:08
248

Milli Məclisdə görüş

İyunun 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ilə Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin Avropa İttifaqı ilə qanunların uyğunlaşdırılması üzrə xüsusi komitəsinin sədri Ahmet Savaşan arasında görüş keçirilib.

12 iyun 2026    13:17
273

TÜRKPA-nın tədbirində

Milli Məclisin deputatı, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev həmin komissiyanın 13-cü iclasında iştirak etmək məqsədilə iyunun 6-da Qırğız Respublikasının Bişkek şəhərinə səfər edəcək.

05 iyun 2026    15:54
334

Deputatlarımız İstanbulda keçiriləcək Forumda iştirak edəcəklər

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və deputat Nigar Arpadarai “Sıfır Tullantı Forumu 2026” adlı tədbirdə iştirak etmək üçün iyunun 4-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

03 iyun 2026    15:46
365

Türkiyəli deputatlar Milli Məclisdə olublar

İyunun 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müraciət komitəsinin sədri Sunay Karamıkın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

02 iyun 2026    18:38

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.