Ana səhifə  /  XƏBƏRLƏR
383

Milli Məclisin Sədri Sahibə Qafarovanın Qazaxıstana rəsmi səfəri başlayıb

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Qazaxıstan Respublikasına səfəri çərçivəsində işgüzar səfərini başa vuraraq ölkənin paytaxtı Nur-Sultan şəhərinə gəlib. Burada nümayəndə heyətimizin Qazaxıstana rəsmi səfəri başlayıb.

29 sentyabr 2021    11:31
564

Milli Məclisin sədri Qazaxıstanda 27 sentyabr- Anım Gününə həsr olunmuş mərasimdə iştirak edib

Sentyabrın 27-də Türkdilli Ölkələrin Parlament Assambleyasının 10-cu plenar iclasında iştirak etmək üçün Qazaxıstan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Türküstan şəhərinin “Farab Library” kitabxanasında 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbirdə iştirak edib.

27 sentyabr 2021    19:38
263

Avronest PA-nın Büro iclasında

Sentyabrın 27-də Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib. Büronun işinə Avronest PA-nın həmsədrləri Andrius Kubilius və Maka Botçorişvili moderatorluq edib.

27 sentyabr 2021    16:34
329

Milli Məclisdə görüş

Sentyabrın 23-də Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının (İƏT MDİHK) sədri Said Mohammed Abdulla Omair Alghfelinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

23 sentyabr 2021    16:02
569

İnsan hüquqları komitəsinin iclasında

Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında onlayn formatda ilk iclası keçirilib. Komitə sədri Zahid Oruc bildirib ki, gündəliyə komitənin 2021-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabat və payız sessiyası üçün iş planının layihəsi daxil edilib.

21 sentyabr 2021    14:45

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.