Ana səhifə  /  XƏBƏRLƏR
1433

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi birinci oxunuşda daxil edilib. Qeyd edilib ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.

18 iyun 2021    18:25
921

Əmək və sosial siyasət komitəsində 11 məsələyə baxılıb

İyunun 18-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında 11 məsələyə baxılıb. Əsasən əlilliyin təyinatında yeni meyarlara keçid və əmək pensiyaları ilə əlaqədar olan qanun layihələrinin müzakirəsində Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclis Sədrinin müavini Adil Əliyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, parlamentin 8 komitəsinin sədrləri və müavinləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təmsilçiləri iştirak ediblər.

18 iyun 2021    18:21
385

AŞPA-nın yay sessiyasında

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılığı ilə deputatlar Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yay sessiyasında iştirak etmək üçün iyunun 19-dan 26-na kimi Fransanın Strasburq şəhərində səfərdə olacaqlar.

18 iyun 2021    16:02
497

Norveç bölgədə sülhün və sabitliyin tərəfdarıdır

İyunun 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Norveç Krallığının Azərbaycanda akkreditə olunmuş səfiri Erling Sönsberq ilə görüşüb.

14 iyun 2021    17:00
518

Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qruplarının görüşündə

İyunun 14-də Azərbaycan və Qazaxıstan parlamentlərarası dostluq qrupları arasında onlayn görüş keçirilib. Görüşdə Milli Məclis Sədrinin müavini, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev iki ölkə arasındakı münasibətlərdən danışaraq, Ümummilli lider Heydər Əliyevlə Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev arasında mövcud olmuş şəxsi dostluq münasibətlərinin bu əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.

14 iyun 2021    16:51
262

Parlamentlərarası Komissiyanın 15-ci iclasında

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin başçılığı ilə deputatlar Ağalar Vəliyev, Nizami Səfərov, Mixail Zabelin, Elnur Allahverdiyev və Sevinc Hüseynova iyunun 15-dən 17-nə kimi Rusiyanın paytaxtı Moskva şəhərində səfərdə olacaqlar.

14 iyun 2021    16:46
1439

Milli Məclisin plenar iclasında

İyunun 11-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbədənkənar sessiyasının daha bir iclası keçirilib. Parlamentin Sədri iclası açaraq diqqətə çatdırıb ki, həmişə olduğu kimi, Azərbaycan tarixinin möhtəşəm hadisələri ərəfəsində biz Milli Məclisin iclaslarında onları qeyd edirik və bu iclasımız da Azərbaycan tarixinin gedişini dəyişmiş bir hadisənin ildönümü ərəfəsində keçirilir. Bir neçə gündən sonra xalqımız Qurtuluş bayramını qeyd edəcəkdir.

11 iyun 2021    18:29
416

Azərbaycanla Ukrayna arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

İyunun 10-da “Ukrayna-Azərbaycan: əməkdaşlıq perspektivləri” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Videokonfrans formatında keçirilən tədbirdə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin məsul şəxsləri, Ukrayna Ali Radasının Azərbaycanla dostluq qrupunun üzvləri, Ukrayna azərbaycanlılarının diaspor təşkilatlarının təmsilçiləri, ictimai və akademik çevrələrin nümayəndələri iştirak ediblər.

10 iyun 2021    18:58
639

Azərbaycanda Atatürk Mərkəzində simpozium keçirilib

İyunun 9-da Bakıda türkdilli dövlətlərin müstəqilliklərinin 30-cu ildönümü, İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Zəfəri və Türkiyə Böyük Millət Məclisinin 100-cü ildönümünə həsr edilmiş simpozium keçirilib.

09 iyun 2021    19:02
1353

Milli Məclisin növbədənkənar sessiyası başlanıb

İyunun 8-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə VI çağırış Milli Məclisin 6-cı sessiyası öz işinə başlayıb. Milli Məclisin Sədri növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

08 iyun 2021    19:06
421

Azərbaycan və Latviya parlamentlərarası dostluq qruplarının görüşündə

İyunun 8-də Milli Məclisdə Azərbaycan və Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qruplarının görüşü keçirilib. Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Kamran Bayramov qonaqları salamlayaraq iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətindən söz açıb.

08 iyun 2021    18:32
289

Azərbaycan-Türkiyə parlament əlaqələri genişlənir

İyunun 7-də Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovun başçılığı ilə işçi qrupunun üzvləri Eldar İbrahimov, Məlahət İbrahimqızı, Fazil Mustafa, Eldar Quliyev, Ramin Məmmədov, Ağalar Vəliyev, Səttar Möhbalıyev Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.

05 iyun 2021    15:54

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.