Ana səhifə  /  XƏBƏRLƏR
641

Milli Məclis komitələrinin birgə iclasında koronavirus infeksiyası ilə bağlı ölkədəki mövcud vəziyyət müzakirə edilib

Fevralın 4-də Milli Məclisin Sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentin Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və digər görülən tədbirlər” mövzusunda videokonfrans formatında dinləmə keçirilib. Dinləməyə Milli Məclis Sədrinin birinci müavini Əli Hüseynli, Sədr müavini Fəzail İbrahimli, deputatlar, Səhiyyə Nazirliyinin və müvafiq qurumların nümayəndələri qatılıblar.

04 fevral 2021    18:31
397

Milli Məclisdə gənc ailələrlə bağlı dinləmə keçirilib

Fevralın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı mövcud vəziyyət: imkan və çətinliklər” mövzusunda dinləmə keçirilib. Tədbirə Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət qurumlarının və gənclər təşkilatlarının təmsilçiləri, vətəndaş cəmiyyətinin nümayəndələri qatılıblar.

03 fevral 2021    17:00
1979

Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Fevralın 1-də Milli Məclisin 2021-ci ilin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin Sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

01 fevral 2021    18:30
366

Milli Məclisin İntizam komissiyasında

Yanvarın 27-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. Yaz sessiyasının başlanması münasibətilə deputatları təbrik edən İntizam komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəlikdə “Milli Məclisin İntizam komissiyasının 2020-ci ilin yaz və payız sessiyaları dövründə gördüyü işlər barədə” məsələyə baxılması nəzərdə tutulub.

27 yanvar 2021    14:25
693

Parlamentin İqtisadi siyasət komitəsinin iclasında

Yanvarın 27-də Milli Məclisin İqtisadi siyasət komitəsinin onlayn formatda növbəti iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili qeyd edib ki, gündəliyə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

27 yanvar 2021    14:13
698

Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib

Yanvarın 26-da Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci ilin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclası açan komitə sədri Qənirə Paşayeva qarşıdan gələn yaz sessiyasında millət vəkillərinə uğurlar arzulayıb.

26 yanvar 2021    15:12
689

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Yanvarın 26-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov iclası açaraq sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

26 yanvar 2021    12:04
698

İctimai birliklər və dini qurumlar komitəsində

Yanvarın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi yaz sessiyasında ilk iclasını videoformatda keçirib. Onlayn iclasda Milli Məclis Sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli payız sessiyasının Vətən müharibəsi günlərinə təsadüf etdiyini və hər bir azərbaycanlının həyatında ən yaddaqalan tarixə çevrildiyini qeyd edib.

25 yanvar 2021    14:51
584

Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın qış sessiyasında iştirak etmək üçün yanvarın 24-dən 29-dək Strasburqda səfərdə olacaqlar.

23 yanvar 2021    18:37
605

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Yanvarın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında onlayn formatda ilk iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə 3 məsələ daxildir. Sonra komitə sədri 2020-ci ilin payız sessiyası ərzində Əmək və sosial siyasət komitəsində görülən işlər barədə hesabatı və komitənin 2021-ci ilin yaz sessiyası dövrünə dair işlər planı haqqında məlumat verib.

23 yanvar 2021    15:32
396

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Yanvarın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin yaz sessiyasında ilk iclası keçirilib. Videokonfrans formatında keçirilən iclasda komitə sədri Tahir Mirkişili yeni sessiyanın başlaması münasibəti ilə deputatlara təbriklərini çatdırıb və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb.

22 yanvar 2021    15:21
401

Gənclər və idman komitəsində

Yanvarın 22-də Gənclər və idman komitəsi Milli Məclisin yaz sessiyasında ilk iclasına toplaşıb. Onlayn iclasda Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev öncə Vətən müharibəsində qazanılmış qələbə münasibətilə deputatları bir daha təbrik edib.

22 yanvar 2021    14:43
448

Səhiyyə komitəsinin iclası keçirilib

Yanvarın 21-də Milli Məclisin Səhiyyə komitəsinin cari ilin yaz sessiyasında videokonfrans formatında ilk iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq diqqətə çatdırıb ki, iclasın gündəliyinə 2020-ci ilin payız sessiyası dövründə Səhiyyə komitəsində görülən işlər barədə hesabat və komitənin 2021-ci ilin yaz sessiyası üçün iş planı ilə bağlı məsələlər daxil edilib.

21 yanvar 2021    18:58
610

Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının, TÜRKSOY-un, Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri ilə görüşüb

Yanvarın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyevanın təmsil olunduqları nümayəndə heyəti ilə görüşüb.

19 yanvar 2021    17:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.