Ana səhifə  /  XƏBƏRLƏR
974

Milli Məclisin payız sessiyası başa çatıb

Dekabrın 30-da Milli Məclisin cari ildə sonuncu plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, bu gün 7 məsələ müzakirə olunacaq. Qeyd edilib ki, gündəliyin ilk 4 məsələsi üçüncü oxunuşda təqdim olunan qanun layihələridir. Birinci və ikinci məsələlər mahiyyətcə bir-birinə bağlıdır. Birinci məsələ “Müflisləşmə və iflas haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir, ikinci məsələ isə Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir.

30 dekabr 2020    15:53
1636

Milli Məclisin plenar iclasında 2021-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul olundu

Dekabrın 25-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, dünənki iclasda biz gündəliyin birinci məsələsini, yəni "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsinə başladıq. İndisi isə həmin müzakirələri davam etdirəcəyik. Spiker nəzərə çatdırıb ki, büdcə zərfinə daxil olan qanun layihələri ardıcıl surətdə müzakirə edilərək, axırda hamısı sıra ilə səsə qoyulacaq.

25 dekabr 2020    17:08
295

Komitələrin birgə iclasında

Dekabrın 25-də Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Siyasi partiyalar haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələ ikinci oxunuşda müzakirəyə çıxarılıb.

25 dekabr 2020    11:59
378

2021-ci ilin büdcə zərfi 7 komitənin birgə iclasında müzakirə olunub

Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət, Elm və təhsil, Mədəniyyət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, İctimai birliklər və dini qurumlar, Gənclər və idman komitələrinin onlayn formatda keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfindəki digər qanunlar birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda hökumət rəsmiləri və Hesablama Palatasının təmsilçiləri iştirak ediblər.

23 dekabr 2020    16:28
367

Milli Məclisin komitələrində 2021-ci ilin dövlət büdcəsinin müzakirələrinə başlandı

Dekabrın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili bildirib ki, iclasın gündəliyinə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan qanun layihələri daxil edilib. Qanun layihələri birinci oxunuşda müzakirə olunacaqdır.

23 dekabr 2020    11:40
380

KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA 2021-ci İLİN BÜDCƏSİ MÜZAKİRƏ OLUNUB

Dekabrın 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Regional məsələlər komitələrinin videokonfrans formatında keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirilib.

23 dekabr 2020    10:55
445

Milli Məclisin iclasında

Dekabrın 22-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Öncə 5 məsələdən ibarət gündəlik təsdiqlənib.

22 dekabr 2020    10:45
267

“Statusla bağlı məsələ artıq öz aktuallığını itirib” – Millət vəkili Cavanşir Feyziyev

Bu gün Azərbaycan Respublikası Milli Məclisi ilə Avropa Parlamenti arasında canlı bağlantı olub. Video-formatda keçirilən görüşdə Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin (PƏK) həmsədri xanım Marina Kalyurand və PƏK-nin Milli Məclis tərəfindən həmsədri, millət vəkili Cavanşir Feyziyev iştirak edib. Görüşün mövzusu hərbi əməliyyatlar başa çatdıqdan sonra münaqişə bölgəsindəki vəziyyət və Ai ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı olub.

21 dekabr 2020    20:56

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.