Ana səhifə  /  XƏBƏRLƏR
495

Mədəniyyət komitəsində

Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva öncə Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi. Vurğuladı ki, Azərbaycan rəhbərliyi ölkədə mədəniyyət sahəsinin inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərir. Azərbaycan mədəniyyətinin qorunması və inkişafı sahəsində qanunverici orqan olan parlamentin Mədəniyyət komitəsi üzvlərinin də öhdəsinə mühüm vəzifələr düşür. Milli Məclisin Sədri xanım Sahibə Qafarova da hər zaman Mədəniyyət komitəsinin fəaliyyətinə diqqət göstərir və ciddi dəstək verir.

17 sentyabr 2020    16:19
402

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İntizam komissiyasının birgə iclasında

Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsinin layihəsi haqqında məsələ daxildir. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Konstitusiyası, Milli Məclisin Daxili Nizamnaməsi, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanun intizam məsələlərini özündə ehtiva edir. Prezident İlham Əliyev Altıncı çağırış Milli Məclisin ilk iclasındakı çıxışında parlamentə bir sıra tövsiyələr vermişdi. Onların bir hissəsi də intizam məsələləri ilə bağlı idi.

17 sentyabr 2020    16:10
386

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsin iclasında

Sentyabrın 15-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara payız sessiyasındakı fəaliyyətlərində uğurlar arzuladı. Sonra o, 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlərə dair hesabatı təqdim etdi.

15 sentyabr 2020    15:39
813

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində

Sentyabrın 14-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi payız sessiyasında ilk iclasına toplaşdı. Komitənin sədri Səməd Seyidov Milli Məclisin payız sessiyasının başlanması münasibətilə deputatları təbrik etdi, VI çağırış dövründə parlamentdə aparılan islahatları təqdir etdi.

14 sentyabr 2020    15:33
281

TBMM-nin sədri Mustafa Şentop: “Türkiyə hər zaman Azərbaycanın yanındadır”

Sentyabrın 11-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Türkiyəyə ilk rəsmi səfər çərçivəsində Ankaradakı Heydər Əliyev Parkında olub. Nümayəndə heyətimiz tərəfindən Azərbaycan xalqının ümummilli liderinin burada ucaldılan abidəsinin önünə əklil qoyulub və xatirəsi anılıb.

11 sentyabr 2020    15:19
300

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Sentyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk iclası keçirildi. Komitənin sədri Əli Hüseynli yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.

11 sentyabr 2020    14:40
534

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Sentyabrın 9-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitə sədri Musa Quliyev bildirdi ki, iclasda 2020-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabat təqdim olunacaq, komitənin 2020-ci il payız sessiyası üçün işlər planına baxılacaq, 7 qanun layihəsi müzakirə olunacaq.

09 sentyabr 2020    14:15
274

PARLAMENTİN GÖRÜŞ VƏ İCLAS SALONLARINA ADLAR VERİLDİ

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin inzibati binasında mövcud olan görüş otaqlarının və iclas salonlarının adlandırılması haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, xalqımızın və dövlətimizin tarixi-mədəni irsinin yaşadılması, nəsildən-nəsilə ötürülməsi işinə töhfə vermək məqsədi ilə parlamentin inzibati binasında olan görüş otaqlarına və iclas salonlarına aşağıdakı adlar verilib. İclas salonları müvafiq olaraq “İstiqlal”, “Respublika”, “Qarabağ”, “Xəzər” və “Xarı bülbül” bağı, görüş otağları isə “İpək yolu” və “Odlar yurdu” olaraq adlandırılıb.

27 avqust 2020    03:08
282

AZƏRBAYCAN-UKRAYNA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

Avqustun 20-də Milli Məclisin Ukrayna ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ukraynalı həmkarları ilə onlayn formatda görüşü keçirilib.

20 avqust 2020    12:46
302

ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ

Avqustun 17-də Milli Məclisin Elm və Təhsil komitəsi ilə Təhsil Nazirliyinin videoformatda konfransı keçirildi.Konfransda dünyanı bürümüş COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı məsələlər müzakirə olundu. Bildirildi ki, yeni tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil İnstitutunun təklif və tövsiyələrini əks etdirən elmi araşdırmanın nəticələri ictimaiyyətə təqdim edilib.

17 avqust 2020    05:08

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.