Ana səhifə  /  XƏBƏRLƏR
115

QDİƏT PM-in tədbirində

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər komissiyasının sədri Musa Quliyev və deputat Kamran Bayramov oktyabrın 1-də Bolqarıstanın Burqas şəhərinə səfər edəcəklər.

01 oktyabr 2023    15:29
189

Milli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib

Oktyabrın 1-də Bakıda Milli Məclisin inzibati binasında Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib. Sayca 13-cü olan toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində baş tutub. Toplantıya BAF prezidentinin müşaviri Dominik Tilmans moderatorluq edib.

01 oktyabr 2023    14:55
263

Milli Məclisin sədri Sahibə Qafarova Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 29-da İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Parlament Spikerlərinin Avropa Konfransında çıxış edib. "İctimai təmsilçilikdə bərabərlik və müxtəliflik – gənclərin, qadınların, etnik və sosial qrupların parlament üzvləri kimi iştirakı" mövzusunda müzakirələr zamanı spiker Sahibə Qafarova müzakirə olunan mövzu ilə bağlı Azərbaycanın təcrübəsini və əldə etdiyi nəticələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

29 sentyabr 2023    17:05
188

Sahibə Qafarova fransalı spikerə: “Qəbul etdiyiniz qətnamələr beynəlxalq hüququn prinsiplərinə ziddir”

Cənubi Qafqazdakı vəziyyətə birtərəfli, qərəzli yanaşma regionumuzda uzunmüddətli sülhün bərqərar olması səylərinə heç bir fayda vermir.
Bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova İrlandiyanın paytaxtı Dublin şəhərində Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivet ilə görüşdə Fransanın Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli mövqeyini tənqid edərkən səsləndirib.

29 sentyabr 2023    00:53
280

Milli Məclisdə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda dinləmə keçirilib

Sentyabrın 25-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış: hüquqi aspektlər” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının və Baş Prokurorluğun əməkdaşları, hüquqşünas alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

25 sentyabr 2023    17:28
495

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Sentyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsinin birinci oxunuşda daxil edildiyini söyləyib.

25 sentyabr 2023    16:40
226

İnsan hüquqları komitəsi payız sessiyasında ilk iclasını keçirib

Sentyabrın 25-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2023-cü ilin payız sessiyasında ilk iclası keçirilib. İclasda öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

25 sentyabr 2023    14:28

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.