_1708526620.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Tailand Krallığının Milli Assambleyasının prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Tailand Krallığının Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının sədri Vanmuhamadnoor Matha ilə görüşüb.
Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclasında
Fevralın 21-də Bakıda Asiya Parlament Assambleyasının (APA-nın) 14-cü plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.

Milli Məclisin deputatları Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının tədbirlərində iştirak edəcəklər
Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisindəki (QDİƏTPM)nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bu təşkilatın Daimi komitəsinin xüsusi iclasında və Prosedur qaydaları üzrə işçi qrupunun toplantısında iştirak etmək üçün fevralın 22-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

Deputatlarımız Belarusda keçiriləcək seçkiləri müşahidə edəcəklər
Milli Məclisin deputatları Belarus Respublikası Milli Məclisinin Nümayəndələr Palatasına və yerli deputat şuralarına seçkilərdə müşahidəçi qismində iştirak etmək üçün fevralın 22-də bu ölkənin paytaxtı Minsk şəhərinə səfər edəcəklər.

Gürcüstan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədrinə məktub ünvanlayıb
Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Givi Mikanadze AŞPA sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.
Milli Məclisin deputatı beynəlxalq konfransda iştirak edib
Fevralın 20-də VIII Sankt-Peterburq Əmək Forumu çərçivəsində “MDB-yə üzv dövlətlərin ümumi miqrasiya məkanı konsepsiyası: ümumi prinsiplər və milli maraqlar” mövzusunda beynəlxalq konfrans keçirilib. Milli Məclisin deputatı, MDB Parlamentlərarası Assambleyasının Sosial siyasət və insan haqları daimi komissiyasının sədri Nizami Səfərov beynəlxalq konfransda onlayn formatda iştirak edib.
Milli Məclisdə görüş
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Frano Matuşiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Fevralın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib.
_1708349978.jpeg)
Regional məsələlər komitəsində bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi müzakirə olundu
Fevralın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Siyavuş Novruzov iclasda 1 məsələnin – Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinin müzakirə olunacağını deyib.

TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er AŞPA-nın sədrinə məktub ünvanlayıb
Fevralın 19-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa məktub ünvanlayıb.

Milli Məclisin deputatı Estoniyaya səfər edəcək
Milli Məclisin Estoniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əhmədova fevralın 19-da bu ölkənin Tallin şəhərinə səfər edəcək.

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək
Fevralın 21-dən 24-dək Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası keçiriləcək. “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunmuş sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edəcək.

ATƏT PA-nın qış sessiyasında
Milli Məclisin deputatları - ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev, Tural Gəncəliyev qurumun qış sessiyasında iştirak etmək üçün fevralın 20-də Avstriya Respublikasının paytaxtı Vyana şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin MƏLUMATI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat vermişdir.

Milli Məclisin iclasında
Fevralın 16-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri bildirib ki, bu il fevralın 7-də ölkəmizin siyasi həyatında tarixi əhəmiyyətli bir hadisə baş verib. Demokratik və şəffaf şəraitdə keçirilən azad və ədalətli seçkilərdə möhtərəm cənab İlham Əliyevin parlaq qələbəsi onun Azərbaycan xalqı və dövləti qarşısında müstəsna xidmətlərinə verilən yüksək qiymətin ifadəsi oldu.

Rusiyada neokolonializmə dair beynəlxalq forum keçiriləcək
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov fevralın 15-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.
Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının sədrinə məktub ünvanlayıb
Fevralın 13-də Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Rusopulosa qurumun Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi qətnamə ilə əlaqədar məktub ünvanlayıb.
Elm və təhsil komitəsinin iclasında
Fevralın 12-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitənin sədri Bəxtiyar Əliyev iclası açaraq bildirib ki, dünən Mərkəzi Seçki Komissiyası ölkəmizdə keçirilən növbədənkənar Prezident seçkilərinin nəticələrini təsdiq edib.

Milli Məclisin deputatı İndoneziyada seçkiləri izləyəcək
Milli Məclisin deputatı, İndoneziya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əliabbas Salahzadə İndoneziya Respublikasında keçiriləcək prezident və parlament seçkilərini müşahidə etmək üçün fevralın 12-də Bali şəhərinə səfər edəcək.
TBMM sədri Numan Kurtulmuş AŞPA-nın Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması ilə bağlı qəbul etdiyi qətnaməyə dair bəyanat verib
Türkiyə Böyük Millət Məclisinin(TBMM) sədri Numan Kurtulmuş Avropa Şurası Parlament Assambleyasının(AŞPA) Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmaması barədə qəbul etdiyi qətnaməyə dair bəyanat verib.