Ana səhifə  /  XƏBƏRLƏR
295

Regional məsələlər komitəsinin iclasında

Martın 9-da Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib. İclası açan komitənin sədri Siyavuş Novruzov gündəliklə bağlı məlumat verib. O, bildirib ki, gündəliyə 3 məsələ daxil edilib və onların ilk ikisi birinci oxunuşda olan qanun layihələrinin, üçüncüsü isə cari məsələlərin müzakirəsidir.

09 mart 2023    15:30
136

Deputatımız MDB PA-nın komissiya iclasında iştirak edəcək

Milli Məclisin deputatı İqbal Məmmədov MDB Parlamentlərarası Assambleyasının Nəzarət-büdcə komissiyasının iclasında iştirak etmək üçün martın 9-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək.

09 mart 2023    11:25
744

Milli Məclisin plenar iclasında

Martın 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

07 mart 2023    17:57
193

Milli Məclisdə görüş

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev martın 7-də Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının sədr müavini Şolban Kara-oolunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

07 mart 2023    15:15
204

Milli Məclisdə TÜRKPA-nın komissiya iclası keçirilib

Martın 6-da Milli Məclisdə TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının səkkizinci iclası keçirilib. İclası açan Milli Məclisin komitə sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanovun təklifi ilə qardaş Türkiyədə baş verən güclü zəlzələ səbəbindən dünyasını dəyişmiş insanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

06 mart 2023    17:49
127

Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçiriləcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, komitə sədrinin müavini Sevinc Fətəliyeva, üzvləri Nigar Arpadarai və Nəsib Məhəməliyev Azərbaycan-Türkiyə-Gürcüstan Parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 5-dən 7-dək Gürcüstanın Tbilisi şəhərində səfərdə olacaqlar.

04 mart 2023    11:07
261

Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda dinləmə keçirilib

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin təşkilatçılığı ilə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, alim və tədqiqatçılar, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.

03 mart 2023    19:01
342

İnsan hüquqları komitəsinin iclasında

Martın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Zahid Oruc məlumat verib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2022-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib.

03 mart 2023    18:29
275

Milli Məclisdə Fransa Senatının üzvü ilə görüş

Martın 3-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü Natali Qule ilə görüşüb.

03 mart 2023    18:21
196

Monteneqronun nümayəndə heyəti Milli Məclisdə olub

Martın 3-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizdə səfərdə olan Monteneqronun əmək və sosial rifah naziri Admir Adroviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

03 mart 2023    17:04
133

TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının iclasında

Martın 2-də TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının onlayn formatda 10-cu iclası keçirilib. "Keyfiyyətli təhsil sahəsində BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində post-pandemiya vəziyyətində transsərhəd təhsilin inkişafında TÜRKPA üzv dövlətləri arasında əməkdaşlıq" mövzusuna həsr edilmiş iclasa TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikasının Joqorku Keneşinin üzvü Aybek Osmonov moderatorluq edib.

02 mart 2023    18:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.