Ana səhifə  /  XƏBƏRLƏR
1060

Milli Məclisin yaz sessiyası başa çatıb

Mayın 31-də Milli Məclisin yaz sessiyasında sonuncu plenar iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova gündəliyə 7 məsələnin daxil edildiyini söyləyib.

31 may 2022    16:40
940

Milli Məclisin iclasında

Mayın 27-də Milli Məclisin yaz sessiyasında növbəti iclası keçirilib. İclası açan parlamentin sədri Sahibə Qafarova bildirib ki, ötən günlərdə Milli Məclis böyük bir beynəlxalq tədbirə ev sahibliyi edib. Bununla yanaşı, parlamentdə bir sıra mühüm görüşlər də keçirilib. İclasa başlamazdan öncə, Sahibə Qafarova bu barədə qısa məlumat verib.

27 may 2022    18:00
249

MDB PA-nın komissiya iclasında

Mayın 26-da MDB PA-nın Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyasının hibrid formatda iclası keçirilib.

26 may 2022    16:46
686

Milli Məclisin sədri “TÜRKPA-ya üzv dövlətlərdə İnsan hüquqlarının qorunması” mövzusuna həsr edilmiş konfransın iştirakçıları ilə görüşüb

Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova “TÜRKPA-ya üzv dövlətlərdə İnsan hüquqlarının qorunması” mövzusuna həsr edilmiş konfransın iştirakçıları ilə görüşüb. Parlamentin sədri qonaqları salamlayaraq, ümidvar olduğunu bildirib ki, Milli Məclisdə təşkil edilmiş tədbirdə faydalı müzakirələr aparılacaq, tədbir uğurla başa çatacaq.

25 may 2022    19:27
269

Milli Məclisdə insan hüquqlarının qorunması ilə bağlı beynəlxalq konfrans keçirilib

Mayın 25-də Milli Məclisdə “TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması” mövzusunda beynəlxalq konfrans keçirilib. Milli Məclis, TÜRKPA və Ombudsman təsisatının birgə əməkdaşlığı çərçivəsində baş tutan konfrans Azərbaycan Respublikasının İnsan hüquqlari üzrə müvəkkili (Ombudsman) təsisatının yaradılmasının 20 illiyinə həsr edilib.

25 may 2022    18:32
211

Deputatımız Türkiyədə səfərdədir

Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsinin sədr müavini Fazil Mustafa Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

23 may 2022    18:43
227

Deputatımız AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsinin iclasında iştirak etmək üçün mayın 24-dən 25-nə kimi Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

23 may 2022    18:03
634

Əmək və sosial siyasət komitəsinin iclasında

Mayın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Musa Quliyev diqqətə çatdırıb ki, iclasda bir məsələ - “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

23 may 2022    15:00

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.