Ana səhifə  /  XƏBƏRLƏR
648

Milli Məclisin sədri Sahibə Qafarova Madriddə Ərəb Parlamentinin sədri ilə görüşüb

Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 28-də Ərəb Parlamentinin sədri Adel bin Əbdülrəhman əl-Asumi ilə görüşüb.

28 noyabr 2021    23:22
546

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb

Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 27-də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb

27 noyabr 2021    19:39
461

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın növbəti toplantısında və Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak edəcək

Noyabrın 26-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinə səfər edəcək.

26 noyabr 2021    17:54
354

Milli Məclisin deputatları MDB PA-nın tədbirlərində

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.
Nümayəndə heyətinin üzvləri tədbirlər çərçivəsində “Səhiyyə xidmətlərinin hamıya şamil olunması və dayanıqlı inkişafın məqsədləri” mövzusunda beynəlxalq konfransın işində, MDB PA-nın daimi komissiyalarının iclaslarında iştirak ediblər.

26 noyabr 2021    16:50
300

Göyçayda şəhidlərin əziz xatirəsi yad edilib

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Vətən müharibəsində şəhid olmuş igidlərimizdən Babək Mətləb oğlu Səmidlinin Göyçay rayonunda keçirilən anım mərasimində iştirak edib.

26 noyabr 2021    14:01
444

Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru ilə görüşüb

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün noyabrın 24-dən Rusiya Federasiyasında səfərdədir. Noyabrın 25-də Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının Avropa üzrə direktoru xanım Birqit Bişof Ebbesen ilə görüşüb.

25 noyabr 2021    16:30
342

Deputatımız Türkiyədə səfərdə olacaq

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva noyabrın 25-də Türkiyənin Ankara və İstanbul şəhərlərinə səfər edəcək.

24 noyabr 2021    09:53
366

Parlamentdə görüş

Noyabrın 23-də Milli Məclisdə Azərbaycan-Finlandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Razi Nurullayev Finlandiyanın Azərbaycandakı səfiri Kirsti Yohanna Narinen ilə görüşüb.

23 noyabr 2021    19:12
247

Milli Məclisdə görüş

Noyabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva Avropa İttifaqının Dialoq layihəsinin nümayəndələri ilə görüşüb.

23 noyabr 2021    18:26

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.