Azərbaycan və Türkiyə təhsil sahəsində əməkdaşlığın yeni səhifəsini açır
Mayın 27-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə baxılıb.
Milli Məclis komitələrinin birgə iclasında Şuşa şəhəri haqqında qanun layihəsi müzakirə olunub
Mayın 26-da Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin videokonfrans formatında birgə iclası keçirilib.
PAİ Assambleyasının İdarəedici Şurasının iclasında
Mayın 24-də və 25-də Parlamentlərarası İttifaqın 142-ci virtual Assambleyasının İdarəedici Şurasının iclası keçirilib. Onlayn iclasa Milli Məclisin deputatları, PAİ İdarəedici Şurasının üzvləri - Kamran Bayramov, Nigar Arpadarai və Tural Gəncəliyev qatılıblar.
Milli Məclisin iclasında
Mayın 25-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Öncə on səkkiz məsələdən ibarət gündəlik təsdiqlənib.
Neva Beynəlxalq Ekoloji Konqresində
Milli Məclis Sədrinin müavini Adil Əliyev və deputat İltizam Yusifov IX Neva Beynəlxalq Ekoloji Konqresində iştirak etmək üçün mayın 26-dan 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar.
Dövlət büdcəsinin icrası komitə iclasında müzakirə edilib
Mayın 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 3 məsələ daxil edildiyini deputatların diqqətinə çatdırıb.
Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır
Mayın 24-də Milli Məclisin Mədəniyyət, Hüquq siyasəti və dövlət quruculuğu, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, bir sıra əlaqədar qurumların təmsilçiləri iştirak ediblər.
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyənin ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Mayın 24-də Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb. Spiker Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə səfiri təbrik edib.
Milli Məclisin növbəti iclasında
Mayın 21-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclasa başlamazdan əvvəl Milli Məclisin Sədri onun rəhbərlik etdiyi parlament nümayəndə heyətinin mayın 17-dən 19-dək İtaliya Respublikasına rəsmi səfəri barədə məlumat verib.
MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının iclasında
Xəbər verildiyi kimi, mayın 18-dən 22-dək Sankt-Peterburqda MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasının 16-cı iclası keçirilir. Tədbirdə Milli Məclisin deputatları Emin Hacıyev və Nigar Arpadarai iştirak edirlər.
Akmal Burxanov: “Azərbaycanın təcrübəsinin öyrənilməsi vacibdir”
Mayın 20-də Milli Məclisdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə Komitəsinin sədri Ziyafət Əsgərov Özbəkistan Respublikasının Korrupsiyaya qarşı Mübarizə Agentliyinin direktoru Akmal Burxanov ilə görüşüb.
Asiya Parlament Assambleyasının komitə iclasında
Mayın 20-də Asiya Parlament Assambleyasının İqtisadiyyat və davamlı inkişaf daimi komitəsinin videokonfrans formatında iclası keçirilib. Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Qənirə Paşayeva iştirak edib. İclasda qurumun fəaliyyəti ilə bağlı Asiya Parlament Assambleyası İqtisadiyyat və davamlı inkişaf daimi komitəsi sədrinin və Baş katibinin çıxışları dinlənilib.
Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrlərinin görüşündə
Mayın 19-da Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsi həmsədrlərinin video formatda görüşü keçirilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçirilən görüşdə post-müharibə dövründə regionda cərəyan edən hadisələr ətraflı müzakirə edilib.
Baltikyanı ölkələrlə əlaqələrin aktivləşdirilməsi vacibdir
Mayın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Latviyanın Azərbaycandakı səfiri Dainis Qarancs və Estoniya səfirliyinin Bakı ofisinin rəhbəri Andrey Valentinov ilə görüşüb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Mayın 19-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, iclasın gündəliyinə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş) daxildir.
Azərbaycan-İtaliya əlaqələri inkişaf edir
Milli Məclisin Sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 18-də İtaliya Respublikasının Xarici işlər və beynəlxalq əməkdaşlıq nazirliyinin dövlət katibi, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə İtaliyada rəsmi səfərdə olan Azərbaycan parlament nümayəndə heyəti mayın 18-də Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Milli Məclisdə Litvanın ölkəmizdəki səfiri ilə görüş
Mayın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Litvanın Azərbaycandakı səfiri Eqidiyus Navikas ilə görüşüb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsində
Mayın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub, hakimlərin təyinatı ilə əlaqədar 7 məsələyə baxılıb.
Milli Məclisdə Fransanın xəbər portalının nümayəndə heyəti ilə görüş
Mayın 17-də Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun bir neçə üzvü Fransanın “Musulmans en France” xəbər portalının nümayəndə heyəti ilə görüşüb.