Ana səhifə  /  XƏBƏRLƏR
232

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il dekabrın 12-də saat 00.00-dan Hərbi vəziyyətin ləğv olunması haqqında Fərmanının təsdiq edilməsi barədə Milli Məclisin Qərarına baxılacaq.

07 dekabr 2020    10:24
602

Milli Məclisin plenar iclasında

Noyabrın 26-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq Azərbaycan, Rusiya Prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonunun erməni işğalçılarından azad olunaraq Azərbaycana qaytarıldığını bildirib.

26 noyabr 2020    13:13
206

MDB PA-nın daimi komissiyaları videokonfrans formatında iclaslar keçiriblər

Noyabrın 26-da MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib. Hər üç daimi komissiyanın iclasında təşkilati məsələlərə baxılıb, komissiyaların yeni sədri, müavini və katibi seçilib. Gündəliyin müzakirəsi zamanı daimi komissiyaların 2019-cu ildə gördükləri işlər təhlil edilib, icraatlarında olan məsələlərə nəzər salınıb. Daimi komissiyaların hər birinin növbəti iclasının tarixi və ilkin gündəliyi müəyyənləşdirilib.

26 noyabr 2020    12:39
348

Sahibə Qafarova: “Beynəlxalq ictimaiyyətin səssizliyi və cəza tədbirləri görməməsi Ermənistanın 30 il boyunca işğalı davam etdirməsinə gətirib çıxarmışdır”

Bu sözləri Milli Məclisin Sədri xanım Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin birgə təşəbbüsü ilə bu gün keçirilən "Miqrant uşaqların qorunması və itkin düşən uşaqların xilas edilməsi" adlı beynəlxalq konfransda çıxışı zamanı ifadə edib.

24 noyabr 2020    13:37
280

Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin plenar iclasında

Noyabrın 24-də Qara Dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı Parlament Məclisinin videokonfrans formatında 56-cı plenar iclası keçirilib. Tədbirə Milli Məclisin deputatı, QDİƏTPM-də Azərbaycan nümayəndə heyətinin rəhbəri və bu qurumun sədr müavini Eldar Quliyev, nümayəndə heyətinin üzvləri - deputatlar Musa Quliyev, Ramin Məmmədov və Elşad Mirbəşiroğlu qatılıblar.

24 noyabr 2020    13:31
1826

Milli Məclisin plenar iclasında

Noyabrın 24-də Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Sədri Sahibə Qafarova iclası açaraq bildirib ki, son dövrdə yeni növ koronavirus pandemiyası ilə bağlı ölkə ərazisində vəziyyət gərginləşib.

24 noyabr 2020    11:38
621

Milli Məclisin iclasında

Noyabrın 20-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

20 noyabr 2020    11:45

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.