Ana səhifə  /  XƏBƏRLƏR
170

MİLLİ MƏCLİSDƏ FRANSA NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ OLDU

İyunun 10-da “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində ölkəmizə səfər edən Fransa nümayəndə heyətinin üzvləri Milli Məclisə gələrək, əvvəlcə parlamentin iclas zalında deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış oldular.

10 iyun 2019    04:06
140

ATƏT PA PARLAMENT NƏZARƏTİNİ VACİB SAYIR

Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti və Büro üzvü Azay Quliyev, deputatlar Asim Mollazadə və Sevinc Fətəliyeva ATƏT PA-nın dəstəyi ilə keçirilən “Parlament nəzarəti: Məsuliyyətə cəlb etmə qüvvəsi” adlı konfransda iştirak etmək üçün iyunun 5-də Gürcüstanın paytaxtı Tbilisiyə səfərə yola düşəcəklər.

04 iyun 2019    08:06
174

BEYNƏLXALQ TƏDBİRLƏRDƏ

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri diskriminasiya komitəsinin iclasında iştirak etmək üçün iyunun 4-dən iyunun 6-na kimi Serbiyanın paytaxtı Belqrada səfərə gedecək.

31 may 2019    04:05
149

ABŞ KONQRESİNİN ƏMƏKDAŞLARI MİLLİ MƏCLİSDƏ

Mayın 30-da Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə ABŞ Konqresinin ölkəmizdə səfərdə olan əməkdaşlarının görüşü oldu. Görüşdə Endryu Hudson, Devin Viser, Karson Middlton, Ryan Etington, Sara Miller, Sara Matar, Kennet Depyu, Jess von Stein iştirak edirdilər. Qonaqlar öncə parlamentin binası ilə tanış oldular, iclas salonunda Milli Məclisin plenar iclasının gedişini izlədilər.

30 may 2019    04:05
153

TURKPA KOMİSSİYA İCLASINDA

Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov TURKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının 5-ci iclasında iştirak etmək üçün mayın 28-dən 31-nə kimi Qırğızıstanın Biskek şəhərində səfərdə olacaq.

29 may 2019    10:05
138

NATO PA-nın YAZ SESSİYASINDA

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputat Məlahət İbrahimqızı NATO Parlament Assambleyasının yaz sessiyasında iştirak etmək üçün mayın 30-da Slovakiyanın paytaxtı Bratislavaya səfər edəcəklər.

29 may 2019    05:05
175

BALTİK ASSAMBLEYASININ TƏDBİRDƏ

Milli Məclisin deputatı Azər Kərimli Baltik Assambleyasının Şərq tərəfdaşlığı üzrə konfransında iştirak etmək üçün mayın 30-dan iyunun 1-dək Litvanın paytaxtı Vilnusda səfərdə olacaq.

29 may 2019    05:05
128

DEPUTATLARIMIZ MDB PA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Fəzail Ağamalı və Mirkazım Kazımov mayın 29-da Rusiya Federasiyasına səfərə gedəcəklər.

27 may 2019    04:05
150

MİLLİ MƏCLİSİN DEPUTATI ABŞ-DA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Monterey-Lənkəran Dostluq Assosiasiyasının dəvəti ilə mayın 25-dən 29-dək ABŞ-ın Monterey şəhərində səfərdə olacaqdır.

24 may 2019    05:05
137

AŞPA-NIN KOMİTƏ İCLASI KEÇİRİLƏCƏK

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının Məcburi köçkünlər və miqrasiya komitəsinin iclasında iştirak etmək üçün mayın 26-dan 30-dək İsveçrənin Sürix şəhərində səfərdə olacaqdır.

24 may 2019    04:05
148

AŞPA-NIN MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Milli Məclisin deputatı Ülviyyə Ağayeva Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün mayın 25-dən 30-dək Parisdə səfərdə olacaqdır.

24 may 2019    04:05
133

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Mayın 23-də ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Almaniya-Cənubi Qafqaz parlament qrupunun üzvləri Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.

23 may 2019    03:05
140

AŞPA-NIN BÜRO VƏ DAİMİ KOMİTƏ İCLASLARI KEÇİRİLƏCƏK

Mayın 23-24-də Parisdə Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcəkdir.

21 may 2019    04:05
134

DEPUTATIMIZ İSPANİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev mayın 20-dən 25-dək İspaniyanın Barselona şəhərində səfərdə olacaqdır.

20 may 2019    03:05
151

İNKLÜZİV TƏHSİLİN GENİŞLƏNDİRİLMƏSİ VACİB SAYILIR

Mayın 20-də Milli Məclisdə müxtəlif komitələri təmsil edən bir qrup deputatla YUNİSEF-in nümayəndə heyətinin görüşü oldu, inklüziv təhsilin genişləndirilməsi mövzusunda müzakirə aparıldı. İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir.Görüşü Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev açdı.

20 may 2019    03:05
172

MİLLİ MƏCLİSDƏ GƏNC DİPLOMATLARLA GÖRÜŞ KEÇİRİLDİ

Mayın 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən Türk Şurası Gənc Diplomatlarının Altıncı Birgə Təlim Proqramı iştirakçıları ilə görüşü oldu.

15 may 2019    05:05
126

TÜRKPA-nın TƏDBİRLƏRİNDƏ

Milli Məclisin deputatı Sevinc Hüseynova Türkdilli Ölkələrin Parlament Assambleyasının Sosial, mədəni və humanitar məsələlər komissiyasının 7-ci iclasda iştirak etmək üçün mayın 15-də Türkiyənin paytaxtı Ankara şəhərinə səfərə gedəcək.

14 may 2019    04:05

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.