
TÜRKPA Şurasının 13-cü iclası keçirilib
İyunun 6-da Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Şurasının 13-cü iclası keçirilib.
_1717670190.jpeg)
Bakıda TÜRKPA-nın 13-cü Plenar iclası çərçivəsində parlament baş katiblərinin birinci görüşü keçirilib
İyunun 6-da Bakıda TÜRKPA-nın 13-cü Plenar iclası çərçivəsində parlament Baş katiblərinin birinci görüşü keçirilib.

TÜRKPA-nın 13-cü Plenar İclasının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
TÜRKPA-nın Bakıda keçirilən 13-cü Plenar İclası çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov, Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Şimali Kipr Türk Respublikası Məclisinin sədri Zorlu Töre, Macarıstan Milli Assambleyası sədrinin müavini Marta Matrai, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və nümayəndə heyətlərinin üzvləri iyunun 6-da Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
_1717600445.jpeg)
TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun 3-cü iclasında
İyunun 5-də Milli Məclisdə TÜRKPA-nın Gənc Parlamentarilər Qrupunun “TÜRKPA üzv dövlətlərinin gənclərinin fiziki və psixi sağlamlıq problemləri” mövzusunda 3-cü toplantısı keçirilib.
_1717594929.jpeg)
TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun iclasında
İyunun 5-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası çərçivəsində Qadın Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib.

Qırğızıstan Joqorku Keneşinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub
Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 5-də Füzuli və Şuşa şəhərlərində olub.
_1717508073.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova iyunun 4-də ölkəmizdə rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.
_1717495321.jpeg)
Qırğız Respublikası parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 4-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Qırğız Respublikası Joqorku Keneşinin sədri ölkəmizə rəsmi səfərə gəlib
Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyev iyunun 3-də ölkəmizə rəsmi səfərə gəlib.

TÜRKPA-nın 13-cü Plenar İclası keçiriləcək
İyunun 5-6-da Bakıda Milli Məclisin ev sahibliyi ilə Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA-nın) “Türk dünyası üçün yaşıl üfüqlər: yaşıl gündəliyin həyata keçirilməsində parlamentlərin rolu” mövzusuna həsr olunmuş 13-cü Plenar İclası keçiriləcək.
_1717419614.jpeg)
Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
İyunun 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbədənkənar sessiyada ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını söyləyib.
Əmək və sosial siyasət komitəsinin iclasında
İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev diqqətə çatdırıb ki, gündəliyə 2 məsələ daxil edilib.

Milli Məclisin 2024-cü ilin yaz sessiyası başa çatıb
Mayın 31-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
_1717088791.jpeg)
Maohi Nui (Fransız Polineziyası) nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransında
Mayın 30-da Milli Məclisdə Maohi Nui (Fransız Polineziyası) nümayəndə heyətinin ölkəmizə səfərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ: Çağırışlar və Perspektivlər” mövzusunda konfrans keçirilib
Mayın 30-da Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ: Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfrans keçirilib.
Milli Məclisdə görüş
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev və parlamentin bir qrup deputatı mayın 30-da Şimali Kipr Türk Respublikasının təhsil naziri Nazım Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
_1717077968.jpeg)
Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Milli Məclisdə olub
Mayın 30-da Viktor Mamatuaiahutapunun başçılıq etdiyi Maohi Nuinin (Fransız Polineziyasının) nümayəndə heyəti Milli Məclisdə olub.
Niderland Parlamenti Nümayəndələr Palatasının 2024-cü il 23 may tarixli qətnaməsinə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti
Azərbaycan Respublikasının Milli Məclisi 2024-cü il mayın 23-də Niderland Parlamenti Nümayəndələr Palatasının ölkəmizi hədəf alan ədalətsiz və birtərəfli qətnamə qəbul etməsinə qəti etirazını bildirir və bu hərəkəti irqçi, azərbaycanofob, türkofob və islamofob siyasi aksiya kimi qiymətləndirərək şiddətlə qınayır. Qətnamədə ölkəmizə qarşı irəli sürülmüş ittihamlar qismən reallıqların təhrifinə, qismən də yalan və saxta məlumatlara əsaslanır.

Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudada bir sıra görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova Antiqua və Barbudaya işgüzar səfəri çərçivəsində bir sıra görüşlər keçirib. Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kuba Respublikasının Vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri ser Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə görüşlərdə Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparılıb.
_1716881182.jpeg)
İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin 4-cü Beynəlxalq Konfransında
Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin "Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması" mövzusunda 4-cü Beynəlxalq Konfransı keçirilib. Qeyd edək ki, Beynəlxalq Konfransda dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox qonaq iştirak edib.