_1744640956.jpeg)
Rumıniya parlament nümayəndə heyəti Bakıda dahi rumın bəstəkarı Corce Eneskunun abidəsini ziyarət edib
Aprelin 14-də ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi parlament nümayəndə heyəti Bakının Binəqədi rayonu ərazisində yerləşən dahi rumın bəstəkarı Corce Enesku adına parkda olub.

Milli Məclisin sədri Sahibə Qafarova Rumıniya Parlamenti Senatının nümayəndə heyəti ilə görüşüb
Aprelin 14-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
_1744626897.jpeg)
Rumıniya Parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Zəfər parkını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Parlamenti Senatı sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanın başçılıq etdiyi nümayəndə heyəti aprelin 14-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Rumıniya Parlamenti Senatının rəhbəri ölkəmizə səfərə gəlib
Rumıniya Parlamenti Senatının sədri vəzifəsini müvəqqəti icra edən Mirça Abrudean aprelin 13-də ölkəmizə rəsmi səfərə gəlib.

Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisdə müzakirə olunacaq
Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat Milli Məclisə təqdim olunub.
Azərbaycan Respublikası Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupunun Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə dair bəyanatı
Fransa Milli Assambleyası Azərbaycana qarşı qərəzli mövqeyini növbəti dəfə nümayiş etdirərək, ölkəmizə qarşı, o cümlədən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı absurd iddiaların əks olunduğu qətnamə qəbul edib. Digər tərəfdən, bu ölkənin xarici işlər naziri Jan Noel Baro da Milli Assambleyadakı çıxışında həmin iddiaları təkrarlayıb, ölkəmiz əleyhinə əsassız ittihamlar səsləndirib.
_1744378657.jpeg)
Milli Məclisin iclasında
Aprelin 11-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş keçirilib
Aprelin 9-da Milli Məclisin sədr müavini, Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin İran-Azərbaycan dostluq qrupunun rəhbəri Sodeyf Bədrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Deputatlarımız Türkiyəyə səfər edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Səhiyyə komitəsinin sədri, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Nigar Arpadarai, Əziz Ələkbərov, Ramil Həsən aprelin 10-da IV Antalya Diplomatik Forumunda iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edəcəklər.
Azərbaycan və Böyük Britaniya parlament əməkdaşlığı qarşılıqlı etimada əsaslanan münasibətləri əks etdirir
Aprelin 7-də Milli Məclisin deputatları Səməd Seyidov və Asim Mollazadə ölkəmizdə səfərdə olan Böyük Britaniya parlamentinin Lordlar Palatasında hakim Leyboristlər partiyasının üzvü Lord Con Manla görüşüblər.
Milli Məclisdə görüş
Aprelin 7-də Milli Məclisin deputatları Fariz İsmayılzadə, Tural Gəncəliyev və Zaur Şükürov ölkəmizdə səfərdə olan Böyük Britaniya Parlamentinin Lordlar Palatasında hakim Leyboristlər Partiyasını təmsil edən Lord Con Manla görüşüblər.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib
Aprelin 7-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Əli Hüseynli bildirib ki, gündəliyə cənab Prezident tərəfindən təqdim olunmuş Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyin olunması ilə bağlı 5 məsələ daxil edilib.
Əmək və sosial siyasət komitəsinin iclasında
Aprelin 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev gündəliyə 4 məsələnin daxil edildiyini söyləyib.
Mədəniyyət komitəsinin iclasında
Aprelin 7-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Polad Bülbüloğlu gündəlikdə bir məsələnin - “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) müzakirəsinin olduğunu bildirib.
_1744025889.jpeg)
Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Tolerantlıq və Sülh Təşkilatı arasında Memorandum imzalanıb
Aprelin 7-də Milli Məclisin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Tolerantlıq və Sülh Təşkilatının rəhbəri Ahmed Aljarvan ilə görüş keçirilib.
_1744021851.jpeg)
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Parlamentlərarası İttifaqın 150-ci Assambleyasının müzakirələrində çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarovanın Özbəkistan Respublikasına işgüzar səfəri davam edir. Azərbaycan parlamentinin spikeri aprelin 7-də Parlamentlərarası İttifaqın “Sosial inkişaf və ədalət naminə parlament fəaliyyətləri” mövzusuna həsr edilmiş 150-ci Assambleyasının müzakirələrində iştirak edib.

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 150-ci Assambleyası çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasında Parlamentlərarası İttifaqın 150-ci Assambleyası çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin tədbirində
Milli Məclisin Hesablayıcı komissiyasının sədri, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində (QDİƏT PM) nümayəndə heyətimizin rəhbəri Eldar Quliyev və deputat Səbinə Salmanova aprelin 8-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib
Özbəkistanın paytaxtı Daşkənd şəhərində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib. "Bandunq Ruhunun 70 İlliyinin qeyd olunması: Bandunq prinsiplərinin dəstəklənməsində parlamentlərin rolu" mövzusuna həsr olunmuş konfransa Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova sədrlik edib.