
Milli Məclisin iclasında
Dekabrın 19-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.
“Diplomatiya həftəsi”nin iştirakçıları Milli Məclisdə olublar
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və deputat Bəhruz Məhərrəmov dekabrın 18-də Xarici İşlər Nazirliyinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən və Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Diplomatiya həftəsi”nin iştirakçıları ilə görüşüblər.
ATƏT DTİHB nümayəndələri Milli Məclisdə olublar
Dekabrın 18-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyaclarının Qiymətləndirilməsi Missiyasının (DTİHB EQM) nümayəndələri Martina Barker Çiqanikova və Qoran Petrovla görüşüb.
_1702908160.jpeg)
Milli Məclisdə Qazax rayonundan olan bir qrup fəal gənclə görüşlər keçirilib
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev dekabrın 18-də Qazax rayonunun bir qrup fəal gənci ilə görüşüb.
Elm və təhsil komitəsinin iclasında
Dekabrın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev gündəliyə bir məsələnin – “Polis haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinin (üçüncü oxunuş) daxil edildiyini deyib.
_1702721489.jpeg)
ICESCO-nun mənzil-qərargahında Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib
Mərakeşin paytaxtı Rabat şəhərində, ICESCO-nun mənzil-qərargahında, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib. Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti konsertdə iştirak edib.
_1702719491.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.

Milli Məclisin deputatı Türkiyədə səfərdə olacaq
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov dekabrın 17-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığının Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin Xarici işlər, Afrika ilə əməkdaşlıq və xaricdəki mərakeşlilərlə iş üzrə naziri Naser Burita ilə görüşüb.
_1702656992.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığının Baş naziri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 15-də Mərakeş Krallığının Baş naziri Aziz Axanuş ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova TBMM-in sədri Numan Kurtulmuşa başsağlığı verib
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova dekabrın 14-də Mərakeş Krallığı Parlamentinin Müşavirlər Palatasının sədri Naam Miyara ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Dekabrın 14-də Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami ilə görüşüb.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında
Dekabrın 14-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov gündəliyə 6 məsələnin daxil olduğunu deyib və həmin məsələləri diqqətə çatdırıb.

Milli Məclisin deputatları Türkiyədə səfərdədirlər
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Milli Məclisin Səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, deputatlar Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Nizami Cəfərov, Cavanşir Feyziyev, Naqif Həmzəyev, Ramin Məmmədov və Anar İsgəndərovu qəbul edib.

Milli Məclisin sədri Sahibə Qafarova Mərakeş Krallığına rəsmi səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Mərakeş Krallığına rəsmi səfərə gəlib.
Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib
Dekabrın 13-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası açan komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə ikinci oxunuşda “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri daxil edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
Dekabrın 13-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib. İclası açan komitənin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Milli Məclisin deputatı Serbiyada seçkiləri izləyəcək
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev Serbiya Respublikasında keçiriləcək növbədənkənar parlament seçkilərini izləmək üçün dekabrın 14-də ölkənin paytaxtı Belqrad şəhərinə səfər edəcək.

Zəngəzur dəhlizi ilə bağlı simpozium keçiriləcək
Milli Məclisin deputatı Ramil Həsən dekabrın 13-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcək.