Ana səhifə  /  XƏBƏRLƏR
332

Deputatlar Amerika Birləşmiş Ştatlarına səfər edəcəklər

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov, deputatlar Asim Mollazadə, Nigar Arpadarai və Anatoliy Rafailov Birləşmiş Ştatların paytaxtı Vaşinqton şəhərinə səfər edəcəklər.

08 iyun 2023    12:59
444

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İyunun 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbədənkənar sessiyada növbəti iclası keçirilib. İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 5 məsələ daxil edilib.

07 iyun 2023    18:24
878

Milli Məclisin növbədənkənar sessiyası öz işinə başlayıb

İyunun 6-da Milli Məclisin 2023-cü il növbədənkənar sessiyasının ilk iclası keçirilib. Parlamentin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

06 iyun 2023    18:02
239

Deputatlarımız fransalı həmkarları ilə görüşəcəklər

Milli Məclisin deputatları - Fransa ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, qrupun üzvləri Ramin Məmmədov və Tural Gəncəliyev iyunun 7-də Fransanın paytaxtı Parisə səfər edəcəklər.

06 iyun 2023    10:04
348

İsrail Knessetinin nümayəndə heyəti ilə görüşdə

İyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İsrail Knessetinin Xarici əlaqələr və müdafiə komitəsinin sədri Yuli Yoel Edelşteynin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

05 iyun 2023    18:03
560

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

İyunun 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin cari ilin növbədənkənar sessiyasında ilk iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclasın gündəliyinə 41 məsələnin daxil edildiyini söyləyib.

05 iyun 2023    17:42
300

Milli Məclisdə həmməruzəçilərlə görüş

İyunun 5-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov ASPA-nın Monitorinq komitəsinin həmməruzəçiləri ilə görüşüb.

05 iyun 2023    15:48
299

Elm və təhsil komitəsinin iclasında

İyunun 5-də-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, üçüncü oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi mahiyyətcə bir-biri ilə bağlıdır.

05 iyun 2023    12:36
158

AŞPA-nın konfransında

Milli Məclisin deputatı Sevinc Fətəliyeva iyunun 6-da AŞPA-nın Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitəsinin konfransında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcək.

05 iyun 2023    10:52
145

Beynəlxalq tədbirdə

Milli Məclisin Avropa İttifaqı–Azərbaycan parlament əməkdaşlığı komitəsinin rəhbəri Tural Gəncəliyev Avropa İttifaqı–Rusiya/MDB Qabaqcıl Tədqiqatlar və Müqayisəli Təhlil üzrə Beynəlxalq Mərkəz (ICEUR) tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmək üçün iyunun 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcək.

03 iyun 2023    11:25
375

Parlament komitələrinin birgə iclasında

İyunun 1-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

01 iyun 2023    17:00

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.