Ana səhifə  /  XƏBƏRLƏR
411

Vitse-spiker Adil Əliyev tələbələrlə görüşüb

Dekabrın 28-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin SABAH qrupunun tələbələri ilə görüşüb.

28 dekabr 2022    15:09
736

Milli Məclisin iclasında

Dekabrın 27-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

27 dekabr 2022    18:07
487

Əmək və sosial siyasət komitəsinin iclasında

Dekabrın 26-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Musa Quliyev bildirib ki, gündəliyə bir məsələ - “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

26 dekabr 2022    16:34
891

Milli Məclisin plenar iclasında

Dekabrın 23-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

23 dekabr 2022    19:07
377

Elm və təhsil komitəsinin iclasında

Dekabrın 23-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə iki məsələ - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) və “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) daxil edilib.

23 dekabr 2022    18:17
488

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında

Dekabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib. İclası açan Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, gündəliyə 1 məsələ - “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya Qanunu layihəsi (birinci oxunuş) daxil edilib.

22 dekabr 2022    17:56
393

Elm və təhsil komitəsinin iclasında

Dekabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə 2 məsələ daxildir.

21 dekabr 2022    15:14
1249

Milli Məclisin iclasında

Dekabrın 20-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

20 dekabr 2022    19:11
367

Aqrar siyasət komitəsinin iclasında

Dekabrın 20-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Rzayev iclasın gündəliyinə iki məsələnin daxil olduğunu deyib.

20 dekabr 2022    15:19
422

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Dekabrın 19-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə 14 məsələ daxil edilib və birinci 4 məsələ birinci oxunuşda, qalan 10 məsələ isə ikinci və üçüncü oxunuşda olan qanun layihələridir.

19 dekabr 2022    18:28
329

Elm və təhsil komitəsinin iclasında

Dekabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev iclasın gündəliyinə iki məsələnin daxil olduğunu deyib.

19 dekabr 2022    12:26
318

Şuşa-Laçın yolundakı etiraz aksiyası ilə bağlı xarici ölkə parlamentlərinə məktublar ünvanlanıb

Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qrupları, o cümlədən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi tərəfindən xarici ölkə parlamentlərindəki həmkarlarına Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin və ekologiya fəallarının həyata keçirdiyi etiraz aksiyası ilə bağlı məktublar ünvanlanıb.

17 dekabr 2022    14:02
1186

Milli Məclisin plenar iclasında

Dekabrın 16-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

16 dekabr 2022    19:05
508

Milli Məclisin komitə iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin illik məlumatı müzakirə edilib

Dekabrın 15-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2021-ci il üzrə məlumatının müzakirəsi daxil edilib.

15 dekabr 2022    17:43
334

Milli Məclis komitələrinin birgə dinləməsi keçirilib

Dekabrın 14-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda birgə dinləməsi keçirilib.

14 dekabr 2022    18:50
250

Koreya nümayəndə heyəti ilə görüşdə

Dekabrın 14-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin sədri Li Hun-seunqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

14 dekabr 2022    17:59

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.