
Milli Məclisin sədri Sahibə Qafarova Maldiv Respublikası Xalq Məclisinin və Şri-Lanka parlamentinin sədrləri ilə görüşlər keçirib
Fevralın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Maldiv Respublikası Xalq Məclisinin sədri Mohamed Aslam və Şri-Lanka Demokrtaik Sosialist Respublikası Parlamentinin sədri Mahinda Yapa Abeyvardana ilə görüşlər keçirib.

Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurası sədrinin birinci müavini Tariq Altayer ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova İraq Nümayəndələr Şurası sədrinin birinci müavini ilə görüşüb
Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikası Nümayəndələr Şurası sədrinin birinci müavini (sədr səlahiyyətlərini müvəqqəti icra edən) Möhsin Əli Əkbər Əl-Mandalavi ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
Fevralın 22-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla görüşüb.
_1708532650.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Ərəb Parlamentinin sədri ilə görüşüb
Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığının Şura Məclisinin sədri ilə görüşüb
Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Oman Sultanlığının Şura Məclisinin sədri Şeyx Xalid İbn Hilal Əl-Muavvali ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasının sədri ilə görüşüb
Fevralın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçiriləcək Asiya Parlament Assambleyasının 14-cü Plenar Sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Bəhreyn Krallığının Nümayəndələr Məclisinin sədri Əhməd bin Salman Əl-Musalam ilə görüşüb.
_1708526620.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Tailand Krallığının Milli Assambleyasının prezidenti ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Tailand Krallığının Milli Assambleyasının prezidenti və Nümayəndələr Palatasının sədri Vanmuhamadnoor Matha ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə edən Pakistan, İordaniya və Malayziya parlament nümayəndə heyətləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Pakistan, İordaniya və Malayziya parlament müşahidə missiyaları ilə görüşlər keçirib.

Milli Məclisin sədri Sahibə Qafarova İtaliya və Serbiya parlamentlərinin müşahidə missiyaları ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan İtaliya parlamentinin və Serbiya Milli Assambleyasının müşahidə missiyalarının üzvləri ilə görüşlər keçirib.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Şurasının və Belarus Respublikası Milli Məclisi Respublika Şurasının nümayəndə heyətləri ilə görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda fevralın 7-də keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federal Şurasının və Belarus Respublikası Milli Məclisi Respublika Şurasının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Milli Məclisin sədri Sahibə Qafarova bir sıra beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan beynəlxalq parlament təşkilatlarının nümayəndə heyətləri ilə görüşlər keçirib. Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyası, Ərəb Parlamenti, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin və Asiya Parlament Assambleyasının nümayəndə heyətləri ilə keçirilən görüşlərdə 7 fevral - prezident seçkilərinin yüksək beynəlxalq standartlara uyğun və demokratik şəraitdə keçirildiyi qeyd olunub.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin və Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətləri ilə görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) və Türk Dövlətləri Parlament Assambleyasının nümayəndə heyətləri ilə görüşlər keçirib.

Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədrini qəbul edib
Fevralın 1-də Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycana rəsmi səfərə gələn Çex Respublikası Parlamenti Deputatlar Palatasının sədri Marketa Pekarova Adamovanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 31-də ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.
Bu səfərin Baş katibin Azərbaycana ikinci səfəri olduğunu bildirən spiker Sahibə Qafarova beynəlxalq tədbirlər çərçivəsində Parlamentlərarası İttifaqın Baş katibi və prezidenti ilə müxtəlif görüşlərini xatırladıb, tərəflər arasında aktiv dialoqun münasibətləri inkişaf etdirmək niyyətinin göstəricisi olduğunu diqqətə çatdırıb.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyasının sədri Hulusi Akarla görüşüb
Yanvarın 29-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komissiyasının sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 24-də ölkəmizdə səfərdə olan Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavini Akmal Saidovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
_1705929940.jpeg)
Milli Məclisinin sədri Sahibə Qafarova Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Küveyt Ümmət Məclisinin Küveyt-Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
_1705580984.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan və Tacikistanın ölkəmizdəki səfirləri ilə görüşlər keçirib
Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 18-də Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayellə görüşüb.