Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
253

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Daşkənddə Heydər Əliyev Meydanında olub

Özbəkistan Respublikasında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 9-da Daşkənddə Heydər Əliyev Meydanında olub. Spiker Sahibə Qafarova və nümayəndə heyətinin üzvləri, Özbəkistan parlamentinin nümayəndələri, bu ölkədə yaşayan azərbaycanlı icmasının təmsilçiləri meydanda ucaldılan Heydər Əliyevin abidəsini ziyarət ediblər, abidənin önünə gül dəstələri düzüblər.

09 sentyabr 2022    20:40
259

Milli Məclisin sədri Sahibə Qafarova Daşkənddə Parlamentlərarası İttifaqın prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 8-də Parlamentlərarası İttifaqın (İPU) prezidenti Duarte Paçeko ilə görüşüb. Ölkəmizin bu təşkilatla əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən spiker Sahibə Qafarova İPU-nun parlamentlərarası əlaqələrin və qlobal parlament diplomatiyasının inkişafındakı rolunu yüksək qiymətləndirib.

08 sentyabr 2022    21:46
292

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində çıxış edib

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin “Parlament rəhbərliyi: davamlılığın və rifahın daha effektiv təmin edilməsi üçün risklərin qarşısının alınması” mövzusuna həsr olunmuş 14-cü Sammitində iştirak etmək üçün Özbəkistanın Daşkənd şəhərində işgüzar səfərdədir.
Sahibə Qafarova Sammitin sentyabrın 8-də keçirilən birinci sessiyasında “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxış edib.

08 sentyabr 2022    15:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.