Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
454

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Əlcəzair Respublikasına səfər edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının 17-ci konfransında və təşkilatın komitə iclaslarında iştirak etmək üçün yanvarın 28-də Əlcəzair Xalq Demokratik Respublikasının Əlcəzair şəhərinə səfər edəcək.

27 yanvar 2023    16:04
611

Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 13-cü plenar sessiyasında çıxış edib

Xəbər verildiyi kimi Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Türkiyə Respublikasının Antalya şəhərində işgüzar səfərdədir. Azərbaycan parlamentinin sədri səfər çərçivəsində Asiya Parlament Assambleyasının "Dəyişən qlobal dinamiklərdə çoxtərəfliliyin təşviqi" mövzusunda keçirilən 13-cü plenar sessiyasında çıxış edib.

09 yanvar 2023    18:20
508

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Türkiyənin Antalya şəhərinə səfər edib

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Asiya Parlament Assambleyasının (APA) 13-cü Plenar Sessiyasında iştirak etmək üçün yanvarın 8-də Türkiyə Respublikasının Antalya şəhərinə işgüzar səfərə gəlib.

08 yanvar 2023    21:54
539

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Milli Qenqeşi Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Qenqeşi Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb. Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Gülşat Məmmədova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından danışıb.

07 dekabr 2022    20:15
625

Azərbaycan Respublikasının Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv qəbul olunub

Noyabrın 23-də Kamboca Krallığında keçirilən ASEAN Parlamentlərarası Assambleyasının (ASEAN PA) 43-cü Baş Assambleyasının ikinci plenar iclası Azərbaycan parlamentarizmi üçün əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, iclasda Azərbaycan Respublikası Milli Məclisinin ASEAN Parlamentlərarası Assambleyasına müşahidəçi üzv kimi qəbul olunması ilə bağlı təntənəli mərasim təşkil olunub.

23 noyabr 2022    18:04

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.