Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin çıxışları
256

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan onlayn brifinqdə çıxış edib

Sentyabrın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Uşaq Hüquqları Komitəsi tərəfindən təşkil olunan “Uşaqların inklüziv və keyfiyyətli təhsil hüququnun təmin edilməsində süni intellektin imkanları və riskləri” mövzusuna həsr olunmuş onlayn brifinqdə çıxış edib.

21 sentyabr 2026    19:17
642

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib

Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında həlak olmaları ilə bağlı İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafa başsağlığı verib.

20 may 2024    12:53
733

Milli Məclisin sədri Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Parlamentlərarası konfransında çıxış edib

Mayın 2-də Milli Məclisin sədri Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun "Mədəni irsin qorunmasında qanunvericiliyin rolu və qabaqcıl təcrübələr" mövzusuna həsr olunmuş Parlamentlərarası konfransında çıxış edib. Azərbaycan Respublikasının Parlamenti adından qonaqları salamlayan spiker Sahibə Qafarova 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil olunan Parlamentlərarası konfransın işinə uğurlar arzulayıb.

02 may 2024    16:50
652

Milli Məclisin sədri Sahibə Qafarova Karaqanda vilayətində baş vermiş faciə ilə əlaqədar Qazaxıstanlı həmkarlarına başsağlığı məktubları ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevə və ölkə Parlamenti Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.

28 oktyabr 2023    15:22

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.