Ana səhifə  /  XƏBƏRLƏR
442

Milli Məclisin sədri parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxışında Ermənistan spikerinin əsassız iddialarına cavab verib

Sentyabrın 8-də Milli Məclisin sədri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxış edib. Spiker Sahibə Qafarova bildirib ki, müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərinin birləşdirilməsi beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox asılıdır.

08 sentyabr 2021    17:28
393

Milli Məclisin sədri Sahibə Qafarova Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb

Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ilə görüşüb. Yaponiyalı həmkarını salamlayan Milli Məclisin sədri "Tokio-2020" 32-ci Yay Olimpiya Oyunlarının uğurla başa çatması münasibətilə Akiko Santonu təbrik edib. Milli Məclisin sədri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.

07 sentyabr 2021    20:19
518

Milli Məclisin sədri Sahibə Qafarova parlament spikerlərinin 5-ci dünya konfransında Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizəyə dair qlobal təşəbbüsləri barədə çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda müzakirələrdə çıxış edib. COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən spiker Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

07 sentyabr 2021    20:13
685

Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib

Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib. Spiker Sahibə Qafarova qeyd edib ki, pandemiya və post-pandemiya dövründə qadınlara diqqət yetirməyimiz onların daha yaxşı və daha təhlükəsiz dünyaya verdikləri əhəmiyyətli töhfənin tanınması anlamına gəlir. Bu gün cəmiyyətlərimizin əsas hissəsini təşkil edən qadınlar qlobal pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynamağa davam edirlər. O bildirib ki, bu gün nailiyyətlərimizi qoruyub saxlamaq və post - pandemiya dövründə inkişaf etdirmək üçün qadınların səlahiyyətlərinin artırılması çox vacibdir.

06 sentyabr 2021    19:12
429

Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumunda

Milli Məclisin deputatı Kamal Cəfərov “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak etmək üçün sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeştə səfərə yola düşəcək.

03 sentyabr 2021    14:38
315

Milli Məclisdə Türkiyənin bələdiyyə sədrləri ilə görüş olub

Sentyabrın 2-də Milli Məclisdə Aqrar siyasət və Regional məsələlər komitələrinin üzvləri Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

02 sentyabr 2021    16:30
436

Milli Məclis sədrinin müavini Ukraynaya səfər edəcək

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.

23 avqust 2021    09:34
604

Koreya Milli Assambleyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda və Şəhidlər xiyabanında olub

Avqustun 19-da ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

19 avqust 2021    18:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.