Ana səhifə  /  XƏBƏRLƏR
879

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra ölkələrdəki səfirləri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra xarici ölkələrdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - ölkəmizin Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Latviya Respublikasındakı səfiri Elnur Sultanov, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmov ilə görüşlər keçirib. Spiker Sahibə Qafarova həmçinin Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla da görüşüb.

18 avqust 2021    19:15
950

Milli Məclisin sədri Sahibə Qafarova İran Parlamentinin sədri ilə görüşüb

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarova İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə rəsmi səfərdədir. Avqustun 6-da səfər çərçivəsində Sahibə Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşüb.

06 avqust 2021    13:51
2002

MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASININ İCLASINDA

Avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova növbədənkənar sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

03 avqust 2021    16:29
518

Milli Məclisin İntizam komissiyasının iclası keçirilib

Avqustun 2-də Milli Məclisin İntizam komissiyasının iclası keçirilib. İclası açan komissiyanın sədri Eldar İbrahimov bildirib ki, gündəliyə 55 saylı Xaçmaz şəhər seçki dairəsi üzrə Milli Məclisin deputatı Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi barədə məsələ daxildir.

02 avqust 2021    16:54
872

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatı

İyulun 31-də Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin 53 deputatının tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən 2021-ci il avqustun 3-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

31 iyul 2021    14:27

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.