Ana səhifə  /  XƏBƏRLƏR
1236

Milli Məclis 2025-ci ilin dövlət büdcəsini birinci oxunuşda qəbul edib

Noyabrın 26-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda 2025-ci ilin dövlət büdcəsi layihəsinin dünən başlanan müzakirələri davam etdirilib.

26 noyabr 2024    18:39
146

Milli Məclisin deputatı BMT-nin Forumunda iştirak edəcək

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov BMT çərçivəsində Azlıq Məsələləri Forumunun 17-ci sessiyasında iştirak etmək üçün noyabrın 27-də İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.

26 noyabr 2024    15:00
152

Milli Məclisin deputatı İspaniyaya səfər edəcək

Milli Məclisin deputatı Müşfiq Cəfərov İmpact Europe (keçmiş Avropa Vençur Filantropik Assosiasiyasının) “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində keçiriləcək “Dəyər həftəsi” konfransında iştirak etmək üçün noyabrın 26-da İspaniyanın Bilbao şəhərinə səfər edəcək.

25 noyabr 2024    17:28
261

Milli Məclisin sədri Sahibə Qafarova MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib

Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 22-də Sankt-Peterburq şəhərində MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclasında çıxış edib. Spiker Sahibə Qafarova Parlamentlərarası Assambleya çərçivəsində əməkdaşlığın Birlik ölkələri üçün səmərəli tərəfdaşlıq mexanizminə çevrildiyini, bunun da müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırıb.

22 noyabr 2024    16:07
227

Lüksemburq Deputatlar Palatasının qətnaməsinə AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN MÜNASİBƏTİ

Azərbaycan Respublikasının Milli Məclisi Lüksemburq Deputatlar Palatasının bu il noyabrın 20-də qəbul etdiyi qətnaməni qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt kimi qiymətləndirir, ölkəmizi hədəf alan əsassız iddia və ittihamları qətiyyətlə rədd edir. Lüksemburq parlamentinin bu siyasi aksiyası həmin ölkənin parlamentinin siyasi avantüra meydanına çevrildiyini göstərir.

21 noyabr 2024    19:44
265

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura və 57-ci Plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova noyabrın 21-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

21 noyabr 2024    16:31
144

DEPUTATIMIZ KANADAYA SƏFƏR EDƏCƏK

Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ramid Namazov Assambleyanın 70-ci illik sessiyasında iştirak etmək üçün noyabrın 22-də Kanadanın Monreal şəhərinə səfər edəcək.

21 noyabr 2024    15:56
518

Milli Məclis 3 komitəsinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb

Noyabrın 20-də Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclası keçirilib. Milli Məclis sədrinin müavini Musa Qasımlı iclası açaraq, tədbirdə “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını deyib.

20 noyabr 2024    20:10
618

Milli Məclis komitələrinin birgə iclasında 2025-ci ilin dövlət büdcəsinin layihəsinə baxılıb

Noyabrın 20-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. İclasda Milli Məclisin deputatları, müvafiq nazirliklərin və qurumların nümayəndələri iştirak ediblər.

20 noyabr 2024    19:10

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.