Ana səhifə  /  XƏBƏRLƏR
153

QDİƏT PM BAŞ ASSAMBLEYASININ 54-cü PLENAR İCLASINDA

Noyabrın 19-21-də Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının 54-cü plenar iclası keçiriləcək. Tədbirdə QDİƏT PM-də Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri İlham Əliyev, Jalə Əliyeva, Musa Quliyev, Aydın Mirzəzadə, Əflatun Amaşov iştirak edəcəklər.

15 noyabr 2019    05:11
76

OQTAY ƏSƏDOV: “Ölkəmiz ABŞ-ın ştatları ilə münasibətlərin inkişafına böyük maraq göstərir”

Noyabrın 15-də Milli Məclisin Sədri Oqtay Əsədov ABŞ-ın Montana Ştatı Senatının Sədri Raymond Skot Seylsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Spiker qonaqları salamlayaraq, onların Dünya dini liderlərinin II Bakı Sammitində iştirakını yüksək dəyərləndirdi. Qeyd edildi ki, dünyada multikulturalizm mərkəzlərindən birinə çevrilmiş Azərbaycan tolerant bir ölkə kimi tanınır.

15 noyabr 2019    04:11
223

MİLLİ MƏCLİSİN İCLASINDA BÜDCƏ ZƏRFİNƏ DAXİL OLAN SƏNƏDLƏRİN MÜZAKİRƏSİ BAŞA ÇATDI

Noyabrın 14-də Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi.“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət nəticəsində iqtisadi inkişaf Vergi Məcəlləsinə dəyişiklikləri zəruri edir.

14 noyabr 2019    04:11
294

MİLLİ MƏCLİSİN İCLASINDA 2020-ci İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏLƏRİNƏ BAŞLANDI

Noyabrın 12-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov “Azərbaycan Respublikasının 2020-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan digər qanun layihələrinin müzakirə ediləcəyini bildirdi. Gündəliyə 11 məsələnin daxil edildiyini vurğulayan spiker bugünkü iclasın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilən “Konstitusiya günü”nə təsadüf etdiyini dedi və bu münasibətlə iclas iştirakçılarını təbrik etdi.

13 noyabr 2019    08:11
390

MİLLİ MƏCLİSDƏ GƏLƏN İLİN BÜDCƏ MÜZAKİRƏLƏRİ DAVAM EDİR

Noyabrın 13-də Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2020-ci il üçün dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi davam etdirildi. Milli Məclisin sədri Oqtay Əsədov iclası açdıqdan sonra deputatlar qanun layihəsi ətrafında müzakirələrə başladılar. Millət vəkilləri Eldar Quliyev, Elçin Quliyev, Tahir Kərimli, Hüseynbala Mirələmov, Mahir Abbaszadə, Rəfael Hüseynov, Şahin İsmayılov, Hikmət Məmmədov, Rauf Əliyev çıxış edərək 2020-ci il dövlət büdcəsini mükəmməl şəkildə hazırlanmış, sosial yönümlü büdcə kimi dəyərləndirdilər.

13 noyabr 2019    06:11
77

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Noyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Federasiya Şurasının Sədr müavini İlyas Umaxanovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü. Görüşdə Dağıstan Respublikası Xalq Məclisinin Sədri Xizri Şıxsəidov və digər rəsmi şəxslər də iştirak edirdilər.

13 noyabr 2019    03:11
141

DEPUTATIMIZ AŞPA-nın KOMİTƏ İCLASLARINDA İŞTİRAK EDƏCƏK

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya, Hüquqi məsələlər və insan hüquqları komitələrinin iclaslarında iştirak etmək üçün noyabrın 13-də Almaniyanın paytaxtı Berlin şəhərinə səfərə gedəcək.

12 noyabr 2019    10:11
192

AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

Noyabrın 12-də ABŞ-ın bir sıra ştatlarının seçki orqanlarını təmsil edən qanunvericilərdən ibarət nümayəndə heyəti Milli Məclisin Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşdülər.

12 noyabr 2019    06:11
224

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2020-ci İLİN DÖVLƏT BÜDCƏSİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclası keçirildi. İclası Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açaraq “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrinin parlamentin komitələrində bir neçə gündür davam etdirildiyini bildirdi.

08 noyabr 2019    09:11
149

DEPUTATIMIZ KENİYADA SƏFƏRDƏ OLACAQ

Milli Məclisin deputatı Məlahət İbrahimqızı “Əhali və inkişaf üzrə Beynəlxalq konfans 25” (İCPD 25)” : Vədlərin sürətləndirilməsi mövzusunda Nayrobi Sammitində iştirak etmək üçün noyabrın 10-da Keniya Respublikasının paytaxtı Nayrobi şəhərinə səfərə gedəcək.

08 noyabr 2019    03:11
221

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirildi. İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq bildirdi ki, bugünkü iclasda “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirə ediləcək.

07 noyabr 2019    12:11
222

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi.Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” qanun layihəsi (birinci oxunuş), “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (birinci oxunuş) və “Azərbaycan Respublikası 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (birinci oxunuş) daxildir.

07 noyabr 2019    06:11
248

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 7-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi.Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, bugünkü iclasda “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi nəzərdə tutulmuşdur. O, qeyd etdi ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin dayanaqlı artımını təmin edəcək. Millət vəkili vurğuladı ki, 2020-ci ilin büdcəsi, ən iri həcmli büdcədir.

07 noyabr 2019    05:11
227

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitənin sədri Əli Hüseynli bildirdi ki, Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-ci il tarixli Fərmanının tələblərinə uyğun olaraq 11 qanuna dəyişiklik edilməsi barədə məsələ eyni zərfdə Milli Məclisə daxil olmuşdur.

06 noyabr 2019    06:11
158

DEPUTATLARIMIZ İSVEÇƏ SƏFƏR EDƏCƏKLƏR

Milli Məclisin deputatları Sahibə Qafarova və Asim Mollazadə Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün noyabrın 4-də İsveçin Stokholm şəhərinə səfərə gedəcəklər.

05 noyabr 2019    04:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.