Ana səhifə  /  XƏBƏRLƏR
255

Milli Məclisdə ictimai dinləmə keçiriləcək

Dekabrın 15-də Milli Məclisdə “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması” mövzusunda ictimai dinləmə keçiriləcək.

13 dekabr 2022    16:54
125

Beynəlxalq konfransda

Milli Məclisin deputatları Rauf Əliyev və Sabir Hacıyev “MDB ölkələrinin parlament tərəfdaşlığında siyasi partiyaların və blokların fraksiyalarının qarşılıqlı fəaliyyətinin rolu” mövzusunda keçiriləcək III Beynəlxalq konfransda iştirak etmək üçün dekabrın 13-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.

12 dekabr 2022    13:15
198

Deputatlarımız beynəlxalq tədbirdə iştirak ediblər

Dekabrın 9-da Qadınlara qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi Haqqında Konvensiyanın (CEDAW) icrası, hesabatlılıq və atılmalı olan addımlarda Parlamentin iştirakına həsr olunmuş 2-ci PAİ vebinarı keçirilib.

09 dekabr 2022    19:40
270

Milli Məclisdə görüş

Dekabrın 9-da Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova USAİD Özəl Sektorun İnkişafı layihəsinin təmsilçiləri ilə görüşüb. Görüşdə USAİD Özəl Sektorun İnkişafı layihəsi çərçivəsində qadın sahibkarların iqtisadi və sosial həyatda üzləşdiyi çətinliklər və onların aradan qaldırılması üçün görülə biləcək tədbirlər barədə müzakirələr aparılıb.

09 dekabr 2022    16:06
241

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistan Milli Qenqeşi Məclisinin sədri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistana rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Qenqeşi Məclisinin sədri Gülşat Məmmədova ilə görüşüb. Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Gülşat Məmmədova dost və qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından danışıb.

07 dekabr 2022    20:15
346

Komitələrin birgə iclasında

Dekabrın 7-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclası keçirilib.

07 dekabr 2022    17:19
207

AŞPA-nın Büro və komitə iclaslarında

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu təşkilatın Büro iclasında iştirak etmək üçün dekabrın 8-də Parisə səfər edəcək.

07 dekabr 2022    17:12
143

Beynəlxalq tədbirdə

Milli Məclisin deputatı Tural Gəncəliyev Qabaqcıl və Müqayisəli Araşdırmalar üzrə Beynəlxalq Mərkəz (ICEUR) tərəfindən təşkil olunmuş tədbirdə iştirak etmək üçün Avstriyanın paytaxtı Vyana şəhərində səfərdə olub.

06 dekabr 2022    15:48
174

QDİƏT PM-in tədbirlərində

Dekabrın 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Büro və Daimi komitə, dekabrın 7-də və 8-də isə Baş Assambleya iclasları keçiriləcək.

05 dekabr 2022    18:43

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.