Ana səhifə  /  XƏBƏRLƏR
313

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Dekabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi daxil edilib.

05 dekabr 2022    17:49
662

Milli Məclisin iclasında

Dekabrın 2-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

02 dekabr 2022    19:08
126

AŞPA-nın komitə iclaslarında

Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Nigar Arpadarai Avropa Şurası Parlament Assambleyasının 5-7 dekabr tarixlərində Fransanın Paris şəhərində keçiriləcək komitə iclaslarında iştirak edəcəklər.

02 dekabr 2022    17:00
110

Deputatımız Lissabona səfər edəcək

Milli Məclisin deputatı, AŞPA-nın İctimai sağlamlıq və davamlı inkişaf üzrə alt komitəsinin sədri Nigar Arpadarai UNITE Qlobal Sağlamlıq Konfransında iştirak etmək üçün dekabrın 4-də Portuqaliyanın paytaxtı Lissabon şəhərinə səfər edəcək.

02 dekabr 2022    16:22
371

İki komitənin birgə iclasında

Dekabrın 1-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Aqrar siyasət komitələrinin birgə iclası keçirilib. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev iclası açaraq gündəliyə 3 məsələnin daxil edildiyini bildirib.

01 dekabr 2022    18:46
434

Fransa Milli Assambleyasının qəbul etdiyi qətnaməyə Azərbaycan Respublikası Milli Məclisinin münasibəti

Fransa Senatının 2022-сi il noyabrın 15-də məlum qətnaməni qəbul etməsinin ardınca bu ölkənin Milli Assambleyası da noyabrın 30-da Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil etmiş, beynəlxalq hüquq normalarına və prinsiplərinə açıq hörmətsizlik nümayiş etdirən, dövlətimizin ərazi bütövlüyünü və suverenliyini hədəf alan qərəzli, qeyri-obyektiv və ədalətsiz bir akt qəbul etmişdir.

01 dekabr 2022    12:05
141

AŞPA-nın komitə iclaslarında

Dekabrın 1-də və 2-də Fransanın paytaxtı Paris şəhərində Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və qeyri-diskriminasiya, Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf komitələrinin iclasları keçiriləcək.

30 noyabr 2022    15:19
716

Milli Məclisin plenar iclasında

Noyabrın 29-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib.

29 noyabr 2022    19:41
647

Milli Məclisin iclasında

Noyabrın 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak ediblər.

25 noyabr 2022    19:05
257

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında

Noyabrın 24-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib. Komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasda bir məsələ - “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirə olunacaq.

24 noyabr 2022    18:10
155

Deputatlarımız İspaniya və Belçikada səfərdə olacaqlar

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və deputat Sevil Mikayılova noyabrın 26-dan 30-dək İspaniyanın Madrid şəhərində səfərdə olacaqlar.

24 noyabr 2022    16:13
248

Milli Məclisdə mətbuat konfransı keçirilib

Noyabrın 23-də parlamentin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin birinci oxunuşda müzakirəsindən sonra Milli Məclisdə mətbuat konfransı keçirilib. Mətbuat konfransından əvvəl Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev tədbirdə iştirak edən jurnalistlərlə görüşərək Milli Məclisin sədri Sahibə Qafarovanın adından media nümayəndələrini salamlayıb və mətbuat konfransının işinə uğurlar arzulayıb.

23 noyabr 2022    18:47

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.