Ana səhifə  /  XƏBƏRLƏR
262

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edəcək

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edəcək.

25 oktyabr 2022    15:28
163

Deputatımız beynəlxalq konfransda iştirak edəcək

Milli Məclisin deputatı Nigar Arpadarai Avropa Şurasının idman nazirlərinin 17-ci konfransında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.

25 oktyabr 2022    11:54
161

GUAM PA-nın komitə iclaslarında

Oktyabrın 24-də GUAM Parlament Assambleyasının Elm, mədəniyyət, təhsil və idman məsələləri üzrə və Siyasi məsələlər və regional təhlükəsizlik üzrə komitələrinin videokonfrans formatında iclasları keçirilib. İclaslarda Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev, nümayəndə heyətinin üzvləri Nəsib Məhəməliyev və Cavid Osmanov iştirak ediblər.

24 oktyabr 2022    19:01
713

Milli Məclisin iclasında

Oktyabrın 21-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, dünən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanını açmalarını bütün xalqımız böyük sevinc və qürurla izlədi.

21 oktyabr 2022    18:19
605

Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki səfiri ilə görüşüb

Oktyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasovla görüşüb. Sahibə Qafarova səfiri salamlayaraq, onu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib, onun fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərin daha da inkişaf edəcəyinə inamını bildirib.

19 oktyabr 2022    17:50
535

Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 19-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auldla görüşüb. Qonağı salamlayan spiker, diplomatı bu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

19 oktyabr 2022    17:18
527

Elm və təhsil komitəsinin iclasında

Oktyabrın 19-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə bir məsələ - “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) daxil edilib.

19 oktyabr 2022    14:53
708

Milli Məclisin iclasında

Oktyabrın 18-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirilib.

18 oktyabr 2022    17:17
129

Deputatlar ATƏT PA-nın İpək Yolu Qrupunun konfransında iştirak edəcəklər

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə qurumun İpək Yolu Qrupunun “Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusunda keçiriləcək beynəlxalq konfransında iştirak etmək üçün oktyabrın 17-də Türkiyənin İstanbul şəhərinə səfər edəcəklər.

15 oktyabr 2022    12:50
704

Milli Məclisin iclasında

Oktyabrın 14-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib. İclasda gündəliyin təsdiqindən sonra cari məsələlərin müzakirəsinə başlanıb.

14 oktyabr 2022    18:36
179

QDİƏT PM-in komitə iclasında

Oktyabrın 13-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin onlayn formatda 59-cu iclası keçirilib.

13 oktyabr 2022    17:42
189

Milli Məclisdə görüş

Oktyabrın 12-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Gürcüstan Parlamentinin Mədəniyyət komitəsinin sədri Eliso Bolkvadze ilə görüşüblər.

12 oktyabr 2022    17:31
159

Vitse-spiker Adil Əliyev idmançılarla görüşüb

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev oktyabrın 12-də kikboksinq üzrə yeniyetmə və gənclərdən ibarət milli komandamızın üzvləri, məşqçilər, habelə tanınmış idmançılarla görüşüb.

12 oktyabr 2022    17:07
192

Ailə, qadın və uşaq məsələləri komitəsində görüş

Beynəlxalq Qızlar Günü münasibəti ilə fəal gənc qızların hökumət və özəl qurumlara tanışlıq səfərləri çərçivəsində oktyabrın 12-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində görüş keçirilib.

12 oktyabr 2022    15:44
171

Milli Məclisdə Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

Oktyabrın 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və komitə üzvləri Dünya Bankının nümayəndələri ilə görüşüblər. Komitənin sədri qonaqları salamlayaraq, Azərbaycanın Dünya Bankı ilə əlaqələrinin əhəmiyyətindən danışıb. Tahir Mirkişili Azərbaycanda büdcə sisteminin dayanıqlığının möhkəmləndirilməsi mexanizmlərindən söz açaraq, bu barədə fikirlərini bölüşüb.

11 oktyabr 2022    19:47

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.