Milli Məclisin sədri parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxışında Ermənistan spikerinin əsassız iddialarına cavab verib
Sentyabrın 8-də Milli Məclisin sədri Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında ümumi müzakirələrdə çıxış edib. Spiker Sahibə Qafarova bildirib ki, müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərinin birləşdirilməsi beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox asılıdır.
Milli Məclisin sədri Sahibə Qafarova Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri ilə görüşüb
Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 7-də Yaponiya Parlamentinin Müşavirlər Palatasının sədri Akiko Santo ilə görüşüb. Yaponiyalı həmkarını salamlayan Milli Məclisin sədri "Tokio-2020" 32-ci Yay Olimpiya Oyunlarının uğurla başa çatması münasibətilə Akiko Santonu təbrik edib. Milli Məclisin sədri Azərbaycanın Yaponiya ilə əlaqələrin inkişafında maraqlı olduğunu və bu sahədə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin mühüm rol oynadığını diqqətə çatdırıb.
Milli Məclisin sədri Sahibə Qafarova parlament spikerlərinin 5-ci dünya konfransında Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizəyə dair qlobal təşəbbüsləri barədə çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Avstriyanın Vyana şəhərində keçirilən parlament spikerlərinin 5-ci dünya konfransında "COVID-19 pandemiyasına qlobal cavab multilateralizmin insanlara yardımını çətinləşdirir" mövzusunda müzakirələrdə çıxış edib. COVID-19 pandemiyası ilə mübarizədə beynəlxalq ictimaiyyətin səylərinin artırılmasına böyük ehtiyac olduğunu bildirən spiker Sahibə Qafarova ölkəmizin bu pandemiyaya qarşı mübarizədə qlobal miqyasda irəli sürdüyü təşəbbüslər və həyata keçirdiyi tədbirlər barədə məlumat verib.
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb
Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 6-da Parlamentlərarası İttifaqın (PAİ) Baş katibi Martin Çunqonq ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Latviya parlamentinin sədri İnara Murniyetse ilə görüşüb
Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Avstriyaya işgüzar səfəri çərçivəsində Vyanada Latviya parlamentinin sədri İnara Murniyetse ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib
Sentyabrın 6-da Milli Məclisin sədri Sahibə Qafarova Vyanada Parlamentlərarası İttifaqın təşkilatçılığı ilə keçirilən Qadın parlament sədrlərinin 13-cü Sammitində çıxış edib. Spiker Sahibə Qafarova qeyd edib ki, pandemiya və post-pandemiya dövründə qadınlara diqqət yetirməyimiz onların daha yaxşı və daha təhlükəsiz dünyaya verdikləri əhəmiyyətli töhfənin tanınması anlamına gəlir. Bu gün cəmiyyətlərimizin əsas hissəsini təşkil edən qadınlar qlobal pandemiyaya qarşı mübarizədə əhəmiyyətli rol oynamağa davam edirlər. O bildirib ki, bu gün nailiyyətlərimizi qoruyub saxlamaq və post - pandemiya dövründə inkişaf etdirmək üçün qadınların səlahiyyətlərinin artırılması çox vacibdir.
Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib
Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib.
Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak edəcək
Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək.
Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumunda
Milli Məclisin deputatı Kamal Cəfərov “Kəşfiyyat və Təhlükəsizlik üzrə Parlament Forumu”nda iştirak etmək üçün sentyabrın 5-də Macarıstanın paytaxtı Budapeştə səfərə yola düşəcək.
Milli Məclisdə Türkiyənin bələdiyyə sədrləri ilə görüş olub
Sentyabrın 2-də Milli Məclisdə Aqrar siyasət və Regional məsələlər komitələrinin üzvləri Türkiyə Bələdiyyələr Birliyinin xətti ilə ölkəmizə səfərə gələn Kahramanmaraş Böyük Şəhər Bələdiyyəsinin sədri Hayrettin Güngörün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.
ZAZA VAŞAXMADZE: “Din haqqında qanun sahəsində təcrübə mübadiləsi bizim üçün çox əhəmiyyətlidir.”
Avqustun 26-da Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli ölkəmizdə səfərdə olan Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstanın ölkəmizdəki səfiri ilə görüşüb
Avqustun 24-də Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serjan Abdıkarimov ilə görüşüb.
Spiker qonağı salamlayaraq, Azərbaycanın dost Qazaxıstanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib.
Milli Məclis sədrinin müavini Ukraynaya səfər edəcək
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Ukraynanın müstəqilliyinin 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün avqustun 24-də ölkənin paytaxtı Kiyev şəhərinə səfər edəcək.
Milli Məclisin sədri Sahibə Qafarova Koreya Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
Avqustun 19-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq ilə görüşüb.
Koreya Milli Assambleyası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabanda və Şəhidlər xiyabanında olub
Avqustun 19-da ölkəmizdə rəsmi səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra ölkələrdəki səfirləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın bir sıra xarici ölkələrdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri - ölkəmizin Pakistan İslam Respublikasındakı səfiri Xəzər Fərhadov, Latviya Respublikasındakı səfiri Elnur Sultanov, Avstriya Respublikasındakı səfiri Rövşən Sadıqbəyli, Belçika Krallığındakı səfiri Vaqif Sadıqov, Türkiyə Respublikasındakı səfiri Rəşad Məmmədov, Estoniya Respublikasındakı səfiri Anar Məhərrəmov ilə görüşlər keçirib. Spiker Sahibə Qafarova həmçinin Azərbaycanın Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Avropa Şurası yanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Fəxrəddin İsmayılov, Koreya Respublikasındakı səfiri Rəmzi Teymurov və Moldova Respublikasındakı səfiri Qüdsi Osmanovla da görüşüb.
Koreya Milli Assambleyasının sədri ölkəmizə rəsmi səfərə gəlib
Avqustun 18-də Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova pakistanlı həmkarlarını təbrik edib
Avqustun 14-də Milli Məclisin sədri Sahibə Qafarova Pakistan İslam Respublikası
Milli Assambleyasının sədri Əsəd Qeysərə və Senatın sədri Məhəmməd Sadiq Sancraniyə təbrik məktubları ünvanlayıb.
Milli Məclisin Sədri Sahibə Qafarova TBMM sədri Mustafa Şentopa başsağlığı verib
Avqustun 13-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa məktub ünvanlayıb.
Milli Məclisin sədri Sahibə Qafarova İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb
İran Prezidentinin andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova avqustun 6-da İran Prezidenti Seyid İbrahim Rəisi ilə görüşüb.