Ana səhifə  /  XƏBƏRLƏR
413

ATƏT PA-nın illik sessiyasında

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) illik sessiyası iyunun 30-da öz işinə başlayıb. Milli Məclisin deputatı, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, qurumun vitse-prezidenti Azay Quliyev sessiyada və Daimi komitənin iclasında iştirak etmək üçün iyulun 3-də Avstriyanın paytaxtı Vyanaya səfər edəcək.

01 iyul 2021    17:31
522

Milli Məclisin Mədəniyyət komitəsində Türkiyə səfiri ilə görüş olub

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva iyunun 30-da Türkiyə Respublikasının Azərbaycanda yeni fəaliyyətə başlayan Fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.

01 iyul 2021    17:29
616

Milli Məclisin Sədri Sahibə Qafarova Macarıstanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Reabilitasiya Mərkəzini ziyarət edib

Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan parlamentinin nümayəndə heyəti Macarıstana rəsmi səfəri çərçivəsində bu ölkədə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş Əlil uşaqlar üçün Laszlo Batyani İnstitutunun Reabilitasiya Mərkəzini ziyarət edib.

30 iyun 2021    16:39
387

Milli Məclisdə görüş

İyunun 29-da Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli işğaldan azad edilmiş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə İnsan Hüquqları və Bərabərlik Qurumunun nümayəndə heyəti ilə görüşüb.

29 iyun 2021    19:26
594

NATO PA-nın Rouz-Rout seminarı keçirilib

İyunun 28-də Milli Məclisin deputatları, NATO PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Məlahət İbrahimqızı və Kamran Bayramov NATO Parlament Assambleyasının videokonfrans formatında keçirilən Rouz-Rout seminarına qatılıb.

28 iyun 2021    23:00
363

Avronest PA-nın Büro iclasında

İyunun 25-də Avronest Parlament Assambleyasının videokonfrans formatında Büro iclası keçirilib. Onlayn iclasda Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli iştirak edib.

25 iyun 2021    18:46
1796

Milli Məclisin növbədənkənar sessiyası davam edir

İyunun 25-də Spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasında növbəti iclası keçirilib.

Öncə Milli Məclisin Sədri 26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibəti ilə təbriklərini çatdırıb. Vurğulayıb ki, bu il Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü böyük sevinc və qürur hissi ilə qeyd edir.

25 iyun 2021    18:35
855

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində

İyunun 24-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasda “Dövlət rüsumu haqqında” qanuna dəyişikliklərlə bağlı iki qanun layihəsinə baxılacaq.

24 iyun 2021    19:06
1045

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

İyunun 24-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. İclası açan Milli Məclis Sədrinin birinci müavini, bu komitənin sədri Əli Hüseynli bildirib ki, gündəliyə Milli Məclisə eyni zərfdə daxil olmuş və hamısı birinci oxunuşda müzakirəyə təqdim edilmiş 4 qanun layihəsi daxildir.

24 iyun 2021    19:05
765

Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

İyunun 24-də Milli Məclisin Sədri Sahibə Qafarova BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzaini ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Spiker qonağı səmimi salamlayaraq, Azərbaycanın bütün beynəlxalq təşkilatlarla, o cümlədən, BMT ilə münasibətlərə böyük əhəmiyyət verdiyini bildirib.

24 iyun 2021    17:22
477

Türkiyədə “Qarabağ həftəsi” keçiriləcək

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Türkiyənin Xalq Diplomatiyası və İqtisadi Əməkdaşlıq Təşkilatının təşkil etdiyi “Qarabağ həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə iştirak etmək üçün iyunun 25-də İstanbula səfər edəcək.

24 iyun 2021    17:19

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.