Ana səhifə  /  XƏBƏRLƏR
162

Deputatlarımız Özbəkistanda Zəfər Günü münasibətilə keçiriləcək tədbirdə iştirak edəcəklər

Milli Məclisin İntizam komissiyasının sədri, Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar İbrahimov, Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputat Məşhur Məmmədov 8 noyabr – Zəfər Günü münasibəti ilə keçiriləcək tədbirdə iştirak etmək üçün noyabrın 2-də Özbəkistanın paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

01 noyabr 2022    09:56
398

Milli Məclisin komitələrinin Şuşada birgə iclası keçirilib

Oktyabrın 31-də Şuşada Milli Məclisin Elm və təhsil və Mədəniyyət komitələrinin birgə iclası keçirilib. İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev iclas iştirakçılarını azad Şuşada, şanlı Zəfər Gününün ildönümü ərəfəsində salamlamaqdan qürur duyduğunu bildirib.

31 oktyabr 2022    18:00
273

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrinə təbrik məktubu ünvanlayıb

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təbrik məktubu ünvanlayıb.
Məktubda Sahibə Qafarova öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını ifadə edib.

28 oktyabr 2022    20:42
276

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində oktyabrın 28-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

28 oktyabr 2022    20:24
338

İnsan hüquqları komitəsinin iclasında

Oktyabrın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Zahid Oruc bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

28 oktyabr 2022    13:10
331

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.

26 oktyabr 2022    17:41
163

Deputatımız Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək

Milli Məclisin deputatı Könül Nurullayeva “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılış mərasimində iştirak etmək üçün oktyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə səfər edəcək.

26 oktyabr 2022    12:51
255

QDİƏT Parlament Assambleyasının komitə iclasında

Oktyabrın 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 60-cı iclası keçirilib.

25 oktyabr 2022    17:11

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.