Ana səhifə  /  XƏBƏRLƏR
2288

Milli Məclisdə ilk dəfə dövlət qulluğuna qəbul ilə əlaqədar yazılı imtahan keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində aparılan islahatların davamı olaraq, cari il fevralın 4-də Milli Məclisin sədri Sahibə Qafarovanın təşəbbüsü ilə parlamentdə ilk dəfə Milli Məclis Aparatının hüquqşünas ixtisası üzrə vakant dövlət qulluğu vəzifələrinə qəbul ilə əlaqədar müsabiqə elan edilib. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarətdir.

29 aprel 2023    15:35
389

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi TÜRKPA-da müşahidəçi statusu əldə edib

Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 12-ci plenar iclasında təşkilatın Qoşulmama Hərəkatı Parlament Şəbəkəsində müşahidəçi statusu alması ilə bağlı müraciət edilməsi məsələsi nəzərdən keçirilib və dəstəklənib. Plenar iclasda həmçinin, Parlament Şəbəkəsinin TÜRKPA-da müşahidəçi statusu əldə etməsi ilə bağlı müraciətinə də baxılıb. Müraciət müsbət qiymətləndirilib və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə TÜRKPA-da müşahidəçi statusu verilib.

28 aprel 2023    18:37
594

Elm və təhsil komitəsinin iclasında

Aprelin 28-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi - “Təhsil haqqında” Qanunda, “Elm haqqında” Qanunda, “Peşə təhsili haqqında” Qanunda və Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-biri ilə bağlıdır.

28 aprel 2023    15:52
533

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Aprelin 27-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Parlament sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli gündəliyə 16 məsələnin daxil edildiyini bildirib.

27 aprel 2023    17:35
226

Deputatımız Türkiyədə səfərdədir

Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Fəzail Ağamalı Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir.

27 aprel 2023    14:42
663

Milli Məclisin iclasında

Aprelin 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib. İclası açan spiker bildirib ki, Milli Məclis sədrinin rəhbərliyi ilə nümayəndə heyəti aprelin 18-dən 20-dək Polşa Respublikasında rəsmi səfərdə olub.

25 aprel 2023    18:05
208

Deputatlarımız Özbəkistana səfər edəcəklər

Milli Məclisin Özbəkistanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Cavanşir Paşazadə, Ağalar Vəliyev və deputat Malik Həsənov aprelin 26-da Daşkənd şəhərinə səfər edəcəklər.

25 aprel 2023    10:29
435

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb


Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “Rusarminfo” Rusiya-Ermənistan xəbər agentliyinin efirində Azərbaycan haqqında qərəzli fikirlər səsləndirməsi ilə əlaqədar Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub ünvanlayıb.

21 aprel 2023    21:32
207

Koreyalı parlamentarilərlə görüşdə

Aprelin 20-də Milli Məclisin sədr müavini Fəzail İbrahimli Koreya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Suh Byonq-Sunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

20 aprel 2023    16:51

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.