_1739976643.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri ilə görüşüb
Fevralın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Bakıda keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında
Fevralın 19-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında iclası keçirilib. İclası aşan komitənin sədri Əli Hüseynli gündəliyə 5 məsələnin daxil edildiyini bildirib.

Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub
Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova İçərişəhərlə tanış olub.

Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb
Fevralın 19-da Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib.
_1739947127.jpeg)
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyası öz işinə başlayıb
Bakıda Azərbaycanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası öz işinə başlayıb. 35 nümayəndə heyətinin, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulur.

Milli Məclisin sədri Sahibə Qafarova və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova Heydər Əliyev Mərkəzində olublar
Milli Məclisin sədri Sahibə Qafarova və Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də Heydər Əliyev Mərkəzində olublar.

Aralıq Dənizi Ölkələri Parlament Assambleyasının plenar iclasında
Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli fevralın 19-da İtaliyanın Roma şəhərinə səfər edəcək.
Türkiyənin Asiya Parlament Assambleyasındakı nümayəndə heyəti ilə görüşdə
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov fevralın 18-də Asiya Parlament Assambleyasının (APA) Bakıda keçirilən 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) nümayəndə heyəti ilə görüşüb.
_1739887322.jpeg)
Milli Məclisdə görüş
Fevralın 18-də Milli Məclisin sədr müavini Rafael Hüseynov Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Tailand Nümayəndələr Palatası sədrinin müavini Paradorn Prissananantakul ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyası Respublika Şurasının sədri ilə görüşüb
Fevralın 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
_1739880576.jpeg)
Belarus parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 18-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası keçirilib
Fevralın 18-də Bakıda Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyası çərçivəsində qurumun İcraedici Şurasının iclası keçirilib.
_1739872752.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova İndoneziya Nümayəndələr Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan İndoneziya Respublikası Nümayəndələr Palatasının sədri Puan Maharani ilə görüşüb.
Belarus Milli Assambleyası Respublika Şurasının sədri ölkəmizə səfərə gəlib
Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova fevralın 18-də ölkəmizə rəsmi səfərə gəlib.

Milli Məclisin sədri Sahibə Qafarova Oman Sultanlığı Şura Məclisinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək məqsədilə ölkəmizdə işgüzar səfərdə olan Oman Sultanlığı Şura Məclisinin sədri Xalid Hilal Nasir Al-Maavali ilə görüşüb.

Deputatlar Avstriya və Sloveniyaya səfər edəcəklər
Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov, üzvləri Azay Quliyev və Sevinc Fətəliyeva fevralın 18-də Avstriyanın Vyana şəhərinə səfər edəcəklər.
_1739786786.jpeg)
Milli Məclisin sədri Sahibə Qafarova Belarusun ölkəmizdə yeni təyin olunmuş səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Belarusun ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç ilə görüşüb.

Milli Məclisin plenar iclasında
Fevralın 14-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Deputatlarımız Türkiyəyə səfər edəcəklər
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev və Nəsib Məhəməliyev Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclasında iştirak etmək üçün fevralın 17-də Türkiyə Respublikasının İstanbul şəhərinə səfər edəcəklər.
_1739452328.jpeg)
Milli Məclisin sədri və Somali Prezidenti birgə işçi nahar ediblər
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova və ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 13-də birgə işçi nahar ediblər.