Milli Məclisin sədri Sahibə Qafarova Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti ilə görüşüb
Oktyabrın 31-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləmə keçiriləcək
Xəbər verildiyi kimi, Milli Məclisdə parlamentdə təmsil olunan bütün siyasi partiya nümayəndələrinin müraciəti əsasında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üzrə iş davam edir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında
Oktyabrın 31-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclası açaraq, gündəliyə 7 məsələnin daxil edildiyini deyib.

Sankt-Peterburq Qanunvericilik Məclisinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Sankt-Peterburq Qanunvericilik Məclisinin sədri Aleksandr Belskinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 31-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Deputatımız beynəlxalq tədbirdə iştirak edəcək
Milli Məclisin deputatı Fazil Mustafa 3-cü Avrasiya Hüquq Qurultayında iştirak etmək üçün noyabrın 1-də Monteneqro Respublikasının Budva şəhərinə səfər edəcək.

Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin milli bayramı münasibəti ilə keçirilən tədbirdə çıxış edib
Oktyabrın 29-da Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Cümhuriyyətinin yaradılmasının 99-cu ildönümü münasibəti ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirak edib.

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın plenar iclasında Ermənistan parlamenti spikerinin iddialarına cavab verib
Xəbər verdiyimiz kimi, oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edib.
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədrinə təbrik məktubu ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Respublikasının milli bayramı - Respublika Günü münasibəti ilə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa təbrik məktubu ünvanlayıb.
Məktubda Sahibə Qafarova öz adından və Azərbaycan Respublikası Milli Məclisinin üzvləri adından Türkiyə Böyük Millət Məclisinə və qardaş Türkiyə xalqına ən səmimi təbriklərini və xoş arzularını ifadə edib.

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün Özbəkistanın Səmərqənd şəhərində səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova səfər çərçivəsində oktyabrın 28-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Səmərqənddə MDB Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 28-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 54-cü plenar iclasında çıxış edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Oktyabrın 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Mirkişili gündəliyə 4 məsələnin daxil edildiyini bildirib.

İnsan hüquqları komitəsinin iclasında
Oktyabrın 28-də Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib. Komitə sədri Zahid Oruc bildirib ki, iclasın gündəliyinə iki məsələ daxil edilib.

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib
Oktyabrın 27-də Özbəkistanın Səmərqənd şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.

Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanda səfərdədir
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti MDB PA-nın Şura və 54-cü plenar iclaslarında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərə gəlib.

Deputatımız Səudiyyə Ərəbistanı Krallığına səfər edəcək
Milli Məclisin deputatı Könül Nurullayeva “Səudiyyə Oyunları-2022” idman yarışlarının açılış mərasimində iştirak etmək üçün oktyabrın 27-də Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə səfər edəcək.
QDİƏT Parlament Assambleyasının komitə iclasında
Oktyabrın 25-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Hüquqi və siyasi məsələlər üzrə komitəsinin videokonfrans formatında 60-cı iclası keçirilib.
Milli Məclisdə görüş
Oktyabrın 25-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Mərkəzi Bankın nümayəndələri ilə görüş keçirilib. Komitənin sədri Tahir Mirkişili tədbiri açaraq görüşdə inflyasiya, bank sahəsində keçiriləcək islahatlar, pul-kredit siyasətinin istiqamətləri və digər məsələlərin müzakirə olunacağını deyib.

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın tədbirlərində iştirak edəcək
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) Şura və 54-cü plenar iclasında iştirak etmək üçün oktyabrın 26-da Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfər edəcək.

Deputatımız beynəlxalq konfransda iştirak edəcək
Milli Məclisin deputatı Nigar Arpadarai Avropa Şurasının idman nazirlərinin 17-ci konfransında iştirak etmək üçün oktyabrın 25-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.
2023-cü il üçün dövlət büdcəsi layihəsi Milli Məclisə daxil olub
“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.