Elm və təhsil komitəsinin iclasında
Aprelin 29-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. Komitənin sədri Bəxtiyar ƏIiyev bildirib ki, gündəliyə iki məsələ - “Ümumi təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), habelə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələri daxil edilib.
Şuşada Milli Məclisin iki komitəsinin birgə dinləmələri keçirilib
Aprelin 27-də Şuşada Milli Məclisin daha iki komitəsinin - İctimai birliklər və dini qurumlar və İnsan hüquqları komitələrinin birgə dinləmələri keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan torpaqlarının azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində
Aprelin 27-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Aqrar siyasət komitəsinin iclasında
Aprelin 25-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, gündəliyiə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (üçüncü oxunuş) daxildir.
Komitələrin birgə iclasında
Aprelin 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Gənclər və idman, İqtisadi siyasət, sənaye və sahibkarlıq və Mədəniyyət komitələrinin video-konfrans formatında birgə iclası keçirilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Hesablama Palatasının hesabatı dinlənilib
Aprelin 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirilib.
Əmək və sosial siyasət komitəsinin iclasında
Aprelin 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında növbəti iclası keçirilib.
Səhiyyə komitəsinin iclasında
Aprelin 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. İclası acan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 məsələ daxil edilib.
Elm və təhsil komitəsinin iclasında
Aprelin 18-də Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə birinci oxunuşda olan üç qanun layihəsi daxil edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Aprelin 11-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili diqqətə çatdırıb ki, iclasın gündəliyinə 9 məsələ daxil edilib.
Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin iki komitəsinin birgə iclası keçirilib
Aprelin 8-də Şuşa şəhərində ilk dəfə olaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçirilib.
Aqrar siyasət komitəsinin iclasında
Martın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iştirak edib.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Martın 29-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. Tədbiri açan komitə sədri Sadiq Qurbanov bildirib ki, iclasın müzakirəsinə “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi çıxarılıb.

“İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsi hazırlanıb
Martın 17-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 6 məsələnin müzakirəyə çıxarıldığını bildirib.
Səhiyyə komitəsinin iclasında
Martın 10-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib. Komitənin sədri Əhliman Əmiraslanov iclası açaraq gündəlik barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin imzası ilə bir zərfdə Milli Məclisə daxil olmuş beş qanun layihəsi birinci oxunuşda komitənin müzakirəsinə çıxarılıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında
Martın 2-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitənin sədri Tahir Mirkişili iclasın gündəliyi ilə bağlı məlumat verib, 5 məsələnin müzakirəyə çıxarıldığını bildirib.
Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi müzakirə olunub
Martın 1-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclası açan komitənin sədri Tahir Rzayev bildirib ki, iclasın gündəliyinə “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi (birinci oxunuş) daxildir.
İnsan hüquqları komitəsinin iclasında
Martın 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirilib. İclası açan İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib ki, gündəliyə bir məsələ - Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2021-ci il üzrə məruzəsinin müzakirəsi daxil edilib. Məsələ ilə bağlı çıxışında komitə sədri Azərbaycanda Ombudsman təsisatının keçdiyi yola diqqət çəkib.
İctimai birliklər və dini qurumlar komitəsinin iclasında
Fevralın 22-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirilib. İclasda “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında
Fevralın 22-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib. İclası açan komitə sədri Sadiq Qurbanov gündəliyi təqdim edib.