
AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ
Mayın 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti onlayn iclası keçirilib. Komitə sədri Hicran Hüseynova iclası açaraq bildirib ki, gündəliyə bir məsələ daxil edilib.

SƏHİYYƏ KOMİTƏSİNDƏ COVID-19-la BAĞLI VƏZİYYƏT MÜZAKİRƏ OLUNDU
Mayın 7-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında 7 məsələyə baxıldı. Öncə “Koronavirus (COVID-19) ilə bağlı ölkədəki mövcud vəziyyət və görülən tədbirlər barədə” məsələ müzakirə olundu. Komitənin sədri Əhliman Əmiraslanov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə görülən qabaqlayıcı tədbirlər müsbət nəticəsini verib. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda koronavirusdan ölənlərin sayı çox aşağıdır. Dövlət başçısının gündəlik nəzarəti, diqqət və qayğısı sayəsində müvafiq dövlət qurumları vətəndaşların sağlamlığını qorumaq istiqamətində bütün zəruri tədbirləri həyata keçirirlər. Görülən işlər müsbət nəticəsini verir. Lakin dünyanı bürümüş bu məşum bəla ilə mübarizəyə əhali də laqeyd yanaşmamalıdır.

MİLLİ MƏCLİSİN GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ
Mayın 7-də Milli Məclisin Gənclər və İdman komitəsinin onlayn iclası keçirilib. İclası Milli Məclisin sədr müavini, Gənclər və İdman komitəsinin sədri Adil Əliyev aparıb.Tədbirdə komitənin deputatları ilə yanaşı, Milli Məclis Aparatının aidiyyəti şöbələrinin əməkdaşları da iştirak ediblər.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN İCLASINDA
Mayın 7-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Bəxtiyar Əliyev millət vəkillərinə məlumat verərək bildirdi gündəliyə 3 məsələ təqdim olunub.

Regional məsələlər komitəsinin onlayn iclasında
Mayın 7-də Milli Məclisin Regional məsələlər komitəsinin onlayn iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov iclası açaraq gündəlik barədə məlumat verib.

PARLAMENT KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA
Mayın 6-da Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirildi. İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş İnzibati Xətalar Məcəlləsinə (üçüncü oxunuş) və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlara (üçüncü oxunuş) təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində
Mayın 4-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib. Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq gündəlik barədə məlumat verib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində
Mayın 4-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov bildirib ki, gündəliyə üçüncü oxunuşda iki qanun layihəsi daxil edilib.

MƏDƏNİYYƏT KOMİTƏSİNDƏ
Mayın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclasında dörd məsələ üçüncü oxunuşda müzakirəyə çıxarıldı.İclasda Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd etdi ki, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”ndə, “Televiziya və radio yayımı haqqında”, “Azərbaycan Respublikası Dövlət bayrağının istifadə qaydaları haqqında” və “İctimai televiziya və radio yayımı haqqında” qanunlarda edilən dəyişiklikdən məqsəd “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanunun icrasıyla bağlıdır.

ELM VƏ TƏHSİL KOMİTƏSİNİN ONLAYN İCLASI KEÇİRİLDİ
Mayın 4-də Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.Komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəlikdə iki məsələ var. Birinci məsələ “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsidir. Komitə sədri diqqətə çatdırıb ki, qanun layihəsi Prezident İlham Əliyevin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli fərmanına uyğun olaraq hazırlanmışdır.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
Mayın 2-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli iclası açaraq gündəlik barədə məlumat verdi. Sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi və bir sıra məhkəmələrin hakimlərinin vəzifədən azad edilməsi haqqında məsələlər barədə danışdı.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 2-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Musa Quliyev bildirdi ki, gündəlikdə “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) və “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələlər var.

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA
Aprelin 30-da Milli Məclisin Mədəniyyət komitəsinin növbəti onlayn iclası keçirilib. İclası aparan komitə sədri Qənirə Paşayeva bildirib ki, “Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiyanın təsdiq edilməsi haqqında qanun layihəsi müzakirəyə təqdim edilir.

KOMİTƏDƏ HESABLAMA PALATASININ HESABATI DİNLƏNİLDİ
Aprelin 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası oldu. Gündəliyə 4 məsələ daxil edildiyini bildirən komitə sədri Tahir Mirkişili öncə Hesablama Palatasının 2019-cu il üzrə fəaliyyəti haqqında hesabat barədə məlumat verdi.

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ İCTİMAİ MÜZAKİRƏLƏR KEÇİRİLDİ
Aprelin 28-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi.Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Əli Hüseynli bildirdi ki, bugünkü iclas cənab Prezidentin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunmuş Cinayət və İnzibati Xətalar Məcəllələrinə təklif olunan dəyişikliklərlə bağlı ictimai müzakirələrə həsr olunub.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində Vergi Məcəlləsinə dəyişikliklər müzakirə olundu
Aprelin 27-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.Komitənin sədri Tahir Mirkişili bildirdi ki, gündəliyə 6 məsələ daxil edilmişdir. Komitə sədri diqqətə çatdırdı ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatına, o cümlədən Azərbaycan iqtisadiyyatına mənfi təsir etməkdədir.

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ
Aprelin 23-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin onlayn iclası keçirilib. Komitə sədri Ziyafət Əsgərov deputatların diqqətinə çatdırıb ki, gündəliyə ikinci oxunuşda iki qanun layihəsi daxil edilib.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsində
Aprelin 23-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib. Milli Məclis Sədrinin müavini, komitə sədri Fəzail İbrahimli iclası açaraq gündəlik barədə məlumat verib.

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ
Aprelin 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəlikdə “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsibarədə” (birinci oxunuş) bir məsələ var.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclasında
Aprelin 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin onlayn iclası keçirilib.