Ana səhifə  /  XƏBƏRLƏR  /  Komitə iclasları
214

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Noyabrın 21-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə iclasın gündəliyi barədə məlumat verdikdən sonra Vergi Məcəlləsinə ediləcək dəyişiklikləri şərh etdi. O, bildirdi ki, burada əsas amil ölkə iqtisadiyyatında şəffaflığın gücləndirilməsi, korrupsiyaya qarşı mübarizənin genişləndirilməsidir. Bu dəyişikliklər dövlət büdcəsinin stabil artımını təmin edəcək.

20 noyabr 2018    05:11
218

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Noyabrın 16-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. Komitənin sədri Hadi Rəcəbli bildirdi ki, gündəliyə daxil olan “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara təklif edilən dəyişikliklər ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində ciddi nəticələrə zəmin yaradacaq.

16 noyabr 2018    04:11
211

SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Noyabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitə sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə ətraflı məlumat verdi.

08 noyabr 2018    05:11
226

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Noyabrın 8-də Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Hadi Rəcəbli gündəliyə 2019-cu ilin büdcə zərfinə daxil edilən “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında”, “İşsizlikdən sığorta fondunun 2019-cu il büdcəsi haqqında”, “2019-cu il üçün yaşayış minimumu haqqında” və “2019-cu il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələrinin daxil edildiyini bildirdi.

08 noyabr 2018    03:11
213

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2019-CU İLİN DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİ DAVAM ETDİRİLDİ

Noyabrın 7-də Milli Məclisin İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.

07 noyabr 2018    05:11
224

MİLLİ MƏCLİS KOMİTƏLƏRİNİN BİRGƏ İCLASINDA

Noyabrın 6-da Milli Məclisin Əmək və sosial siyasət, Səhiyyə, Mədəniyyət, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclası keçirildi. İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq bildirdi ki, bugünkü iclasda 2019-cu ilin dövlət büdcəsi layihəsi müzakirə ediləcək. Qeyd olundu ki, ölkəmizdə ulu öndər Heydər Əliyev dühasının yaratdığı sosial sabitlik bazasında sosial rifah dövlətinin yaradılması istiqamətində böyük işlər görülmüşdür.

06 noyabr 2018    05:11
200

MİLLİ MƏCLİSİN KOMİTƏLƏRİNDƏ 2019-CU İLİN DÖVLƏT BÜDCƏSİNİN MÜZAKİRƏSİNƏ BAŞLANDI

Noyabrın 5-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi müzakirəyə çıxarıldı.

05 noyabr 2018    05:11
251

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Oktyabrın 29-da Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. Komitənin sədri Əli Hüseynli gündəliyə daxil edilən Azərbaycan Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki appelyasiya məhkəmələrinə hakimlərin təyin edilməsi barədə məsələlərlə əlaqədar məlumat verdi. O, son illər məhkəmə sistemində həyata keçirilən tədbirlər barədə danışdı.

30 oktyabr 2018    02:10
237

HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ

Oktyabrın 22-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası oldu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə daxil olan beş məsələdən üçü vaxtilə bu komitədə hazırlanmış və işçi qrupu ilə birgə müzakirə edilmiş qanun layihələridir. Əli Hüseynli öncə “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim etdi.

22 oktyabr 2018    05:10
210

REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Oktyabrın 19-da Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Arif Rəhimzadə əvvəlcə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh etdi.

19 oktyabr 2018    02:10
227

MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi.Komitənin sədri Rafael Hüseynov iclası açaraq 18 oktyabrın Azərbaycan tarixindəki önəmindən, ölkəmizin müstəqillik tarixindən danışdı, Müstəqillik günü münasibətilə təbriklərini çatdırdı.

18 oktyabr 2018    05:10
219

TƏBİİ EHTİYATLAR, ENERGETİKA VƏ EKOLOGİYA KOMİTƏSİNDƏ

Oktyabrın 11-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirildi. İclası açan Milli Məclis Sədrinin müavini, komitə sədri Valeh Ələsgərov 2018-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlərdən danışdı. Bildirildi ki, hesabat dövründə komitənin 10 iclası keçirilmiş, 18 məsələyə baxılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olmuş 13 qanun layihəsi parlamentdə qəbul edilmişdir.

11 oktyabr 2018    02:10
204

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Oktyabrın 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəliyə ikinci oxunuşla əlaqədar olan 8 məsələnin daxil olduğunu deyib. Bildirildi ki, bu dəyişikliklərin əhəmiyyətli hissəsi bankların fəaliyyəti ilə bağlıdır. Prezident İlham Əliyevin Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalaması sevindirici hal kimi qiymətləndirildi. Qeyd olundu ki, bu sənəd ölkədəki bankların fəaliyyətində ciddi dönüşün yaranmasına səbəb olacaq.

08 oktyabr 2018    05:10
207

İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASINDA

Oktyabrın 3-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi. Milli Məclis sədrinin müavini, komitənin sədri Bahar Muradova sentyabrın 21-də Azərbaycan Parlamentinin 100 illiyi münasibətilə Milli Məclisin təntənəli iclasının yüksək səviyyədə keçirilməsinə və parlamentin payız sessiyasının başlamasına görə təbriklərini çatdırdı.

03 oktyabr 2018    04:10
220

AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Oktyabrın 1-də Milli Məclisin Aqrar siyasət komitəsi payız sessiyasında növbəti iclasını keçirdi. Komitənin sədri Eldar İbrahimov bildirdi ki, iclasın gündəliyində altı məsələ var.

01 oktyabr 2018    03:10
247

MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNDƏ

Sentyabrın 28-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda, “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklərin edilməsi barədə məsələlər daxil olunub. Layihələr ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə təqdim edilib.

28 sentyabr 2018    04:09
288

AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNDƏ

Sentyabrın 25-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı iclası açaraq sentyabr ayının 21-də Azərbaycan Parlamentinin 100 illiyi münasibəti ilə keçirilmiş təntənəli yubiley mərasimini xatırladı. Prezident İlham Əliyevin tədbirdə iştirakını xüsusi vurğulayan komitə sədri bildirdi ki, dövlət başçısının öz çıxışında Milli Məclisin işini təqdir etməsi qürurvericidir.

25 sentyabr 2018    05:09
249

SƏHİYYƏ KOMİTƏSİNDƏ

Sentyabrın 25-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasına toplaşdı. Öncə Azərbaycan Parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli tədbirdən söz açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğuladı ki, yubiley tədbiri çox yüksək səviyyədə keçdi. Yubiley nitqində milli parlamentimizin tarixinə nəzər salan Azərbaycan Prezidentinin Milli Məclisin və deputatların bugünkü fəaliyyətinə yüksək qiymət verməsi hər birimizin qəlbində iftixar doğurdu. Bu qiymət, həmçinin dövlət başçısının gələcəyə dair tövsiyələri millət vəkillərinin üzərinə böyük məsuliyyət qoyur. Yeni sessiyanın başlanması və Parlamentin 100 illiyi münasibətilə deputatları təbrik edən Əhliman Əmiraslanov yubiley tədbirinin çox yüksək səviyyədə təşkilinə görə komitə üzvləri adından Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlıqlarını bildirdi.

25 sentyabr 2018    05:09
214

ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Sentyabrın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin 2018-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Hadi Rəcəbli bir neçə gün əvvəl Azərbaycan Parlamentinin 100 iliyi münasibəti ilə Milli Məclisdə keçirilmiş təntənəli mərasim barədə xoş təəssüratlarını bölüşdü, payız sessiyasının başlaması münasibəti ilə təbriklərini çatdırdı.

24 sentyabr 2018    07:09
203

İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Sentyabrın 24-də parlamentin payız sessiyasında ilk iclasına toplaşan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində 18 məsələyə baxıldı. Öncə komitənin sədri Ziyad Səmədzadə 2018-ci ilin yaz və növbədənkənar sessiyalarında görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, 15 iclasda 62 məsələyə baxan, o cümlədən 61 qanun layihəsini geniş müzakirə edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi ölkənin qanunvericilik bazasının zənginləşməsi istiqamətində var gücü ilə çalışıb.

24 sentyabr 2018    03:09

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.