Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında çıxış edib
Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyasının (MDB PA-nın) Şura iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova tədbirdə iştirak edib.
Milli Məclisin sədri Sahibə Qafarova Qırğız Respublikası Joqorku Keneşinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində Qırğız Respublikası Joqorku Keneşinin sədri Marlen Mamataliyev ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasının (MDB PA) Şura iclası və 60-cı plenar iclasında iştirak etmək məqsədilə Rusiya Federasiyasına işgüzar səfərə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədr müavini ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfəri çərçivəsində mayın 14-də Buxarada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədr müavini Maryam Majid Bin Zeneya ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Buxarada Türkmənistan Məclisinin sədri ilə görüşüb
Özbəkistanın Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edən Sahibə Qafarova burada Türkmənistan Məclisinin sədri Dünyagözəl Qulmanova ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistanın Buxara şəhərinə işgüzar səfəri çərçivəsində bu ölkənin Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda çıxış edib
Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Respublikasının Buxara şəhərində keçirilən İkinci Asiya Qadınlar Forumunda iştirak edib.
Spiker Sahibə Qafarova Özbəkistan Respublikasına işgüzar səfərə gəlib
Milli Məclisin Sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti İkinci Asiya Qadınlar Forumunda iştirak etmək məqsədi ilə Özbəkistan Respublikasına səfərə gəlib.
Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb
Milli Məclisin sədri Sahibə Qafarovanın Monteneqroya işgüzar səfəri çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Aralıq Dənizi Parlament Assambleyası arasında Anlaşma Memorandumu imzalanıb.
Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro parlamentinin sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin Parlament Sədrlərinin 1-ci Sammiti çərçivəsində Monteneqro parlamentinin sədri Andrija Mandiç ilə görüşüb.
Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib
Azərbaycan Respublikasının Milli Məclisinə Aralıq Dənizi Parlament Assambleyasında müşahidəçi statusu verilib. Bununla bağlı Aralıq Dənizi Parlament Assambleyasının üzv və tərəfdaş olan parlamentlərin sədrlərinin mayın 7-də keçirilən 1-ci Sammiti çərçivəsində mərasim təşkil olunub.
Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammitində çıxış edib
Mayın 7-də Aralıq Dənizi Parlament Assambleyasına üzv və tərəfdaş ölkələrin parlament sədrlərinin 1-ci Sammiti keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova Sammitdə iştirak edib.
Spiker Sahibə Qafarova Monteneqroya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Sahibə Qafarova Aralıq Dənizi Parlament Assambleyasının Parlament Sədrlərinin 1-ci Sammitində iştirak etmək üçün Monteneqroya işgüzar səfərə gəlib.
Milli Məclisin sədri Sahibə Qafarova Belçika Krallığı Federal Assambleyası Senatının sədri ilə görüşüb
Türkiyənin İstanbul şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Belçika Krallığı Federal Assambleyası Senatının sədri Vinsent Blondel ilə görüşüb.
Spiker Sahibə Qafarova Dominikan Respublikası Deputatlar Palatasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Dominikan Respublikası Milli Konqresinin Deputatlar Palatasının sədri Alfredo Paçeko ilə görüşüb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüşüb
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyasının iclasında iştirak edən parlament sədrləri ilə görüş keçirib. Milli Məclisin sədri Sahibə Qafarova görüşdə iştirak edib.
Milli Məclisin sədri Sahibə Qafarova Venesuela Parlamentinin vitse-spikeri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova İstanbulda keçirilən Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Venesuela Parlamentinin vitse-spikeri Qresia Colmenares ilə görüşüb.
Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər
Aprelin 17-də İstanbulda Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarova PAİ-nin 152-ci Assambleyası çərçivəsində ümumi müzakirələrə sədrlik edib
Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində keçirilən ümumi müzakirələrə sədrlik edib.
Milli Məclisin sədri Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri çərçivəsində Əlcəzair Xalq Demokratik Respublikası Milli Xalq Assambleyasının sədri İbrahim Bouğali ilə görüşüb.

