Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
226

Milli Məclisin sədri Sahibə Qafarova Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova sentyabrın 14-də Macarıstan Prezidenti Katalin Novak ilə görüşüb. Azərbaycanın parlament rəhbərini səmimiyyətlə salamlayan Katalin Novak, ailə dəyərlərinə böyük önəm verən Macarıstanın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycanın iştirakının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

14 sentyabr 2023    22:50
210

Bolqarıstanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbirdə

Bolqarıstanın paytaxtı Sofiya şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti tədbirdə iştirak edib.

13 sentyabr 2023    11:35

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.