Ana səhifə  /  XƏBƏRLƏR  /  Sədrin səfərləri
68

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Prezidenti Yakov Milatoviç ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqro Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Yakov Milatoviç ilə görüşüb.
Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Monteneqronun dövlət başçısına çatdıran Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə keçiriləcək COP29-da iştirak etmək üçün dəvət məktubunu təqdim edib.

27 aprel 2024    11:53
185

Cenevrədə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 3-cü Konfransı keçirilib. Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv parlamentlər və beynəlxalq təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

26 mart 2024    13:02
182

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında çıxış edib

Milli Məclisin sədri və Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri Sahibə Qafarova İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilən Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında "Parlament diplomatiyası: sülh və qarşılıqlı anlaşma üçün körpülərin salınması" mövzusunda çıxış edib.

24 mart 2024    17:50

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.