Milli Məclisin Sədri Sahibə Qafarova İtaliya Senatının Sədri ilə görüşüb
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən Romada rəsmi səfərdədir.
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə İtaliyada rəsmi səfərdə olan Azərbaycan parlament nümayəndə heyəti mayın 18-də Romadakı məşhur “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İtaliyaya rəsmi səfəri başlayıb
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin İtaliya tərəfinin dəvəti ilə mayın 17-də bu ölkəyə rəsmi səfəri başlayıb.
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya Respublikasında səfərdə olacaq
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti İtaliya tərəfinin dəvəti ilə mayın 17-dən 19-dək bu ölkədə rəsmi səfərdə olacaq.
Milli Məclisin Sədri beynəlxalq konfransda çıxış edib - VİDEO
Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqa səfəri çərçivəsində “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda keçirilən Beynəlxalq konfransda çıxış edib.
Azərbaycan parlament nümayəndə heyəti Sankt-Peterburqda Ulu öndər Heydər Əliyevin xatirəsini yad edib
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına səfəri çərçivəsində aprelin 16-da Sankt-Peterburqda Qoroxovaya küçəsi, 6 ünvanında yerləşən binanın qarşısına gəliblər.
Milli Məclisin Sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib
Sankt-Peterburqda işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova aprelin 16-da MDB PA-nın 52-ci plenar iclasında çıxış edib.
Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb
Aprelin 16-da Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. Milli Məclisin Sədrini və Azərbaycan nümayəndə heyətini salamlayan Valentina Matviyenko bildirib ki, bu səfər iki ölkə arasında mövcud olan sıx parlamentlərarası əlaqələrin daha da inkişafı baxımından çox əhəmiyyətlidir. Qeyd edilib ki, Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. Ölkələrimiz arasında münasibətlərin dinamik inkişaf etdiyini bildirən Valentina Matviyenko münasibətlərin daha da dərinləşməsində iki ölkə prezidentlərinin rolunu xüsusi vurğulayıb. O, Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığı yüksək qiymətləndirərək söyləyib ki, bu əlaqələr ölkələrimiz arasında münasibətlərə mühüm töhfə verir.
Milli Məclisin Sədri Sahibə Qafarova Moldova parlamentinin spikeri ilə görüşüb
Aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Moldova Parlamentinin Sədri Zinaida Qreçanıy ilə görüşüb. Parlamentin Sədri moldovalı həmkarını salamlayaraq qeyd edib ki, bu görüş ikitərəfli qarşılıqlı faydalı əməkdaşlıq perspektivlərini müzakirə etmək üçün yaxşı fürsətdir. O deyib ki, MDB PA çərçivəsində qarşılıqlı fəaliyyətimiz Azərbaycan və Moldovanın qanunvericilik orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verir. Qeyd olunub ki, bu gün Azərbaycanın və Moldovanın ali qanunverici orqanlarında fəaliyyət göstərən dostluq qrupları parlamentlərarası əlaqələrimizin inkişafına öz töhfəsini verir.
Milli Məclisin Sədri Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb
Aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyasına səfəri çərçivəsində Qazaxıstan Parlamenti Senatının Sədri Maulen Aşımbayev ilə görüşüb. Qazaxıstanlı spikeri salamlayan Milli Məclisin Sədri ölkələrimiz arasında münasibətlərinin bir çox sahələri əhatə etdiyini bildirib.
Milli Məclisin Sədri Sahibə Qafarova Sankt-Peterburqda Beynəlxalq konfransda çıxış edib
Sankt-Peterburqda səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova “COVİD-19 pandemiyası şəraitində qlobal çağırışlar və təhdidlər. Terrorizm və şiddətli ekstremizm” mövzusunda Beynəlxalq konfransda çıxış edib.
Milli Məclisin sədri Sahibə Qafarova: “Azərbaycanla Özbəkistan arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir”
Bu fikri Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşdə söyləyib.
Söhbətdə Sahibə Qafarova iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək bildirib ki, dövlətlərimiz arasında imzalanmış sənədlər əməkdaşlığımızın möhkəm hüquqi bazasını təşkil edir. Milli Məclisin sədri münasibətlərimizin hazırkı yüksək səviyyəyə çatmasında ölkə prezidentlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların əhəmiyyətli rol oynadığını vurğulayıb.
Milli Məclisin Sədri Sahibə Qafarova Qırğızıstan Parlamentinin Sədri ilə görüşüb
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının yaz sessiyasında iştirak etmək üçün Rusiyanın Sankt-Peterburq şəhərində səfərdədir. Səfər çərçivəsində aprelin 15-də Milli Məclisin Sədri Sahibə Qafarova Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) Sədri Talant Mamıtovla görüşüb.
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Sankt-Peterburqda səfərdə olacaq
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti aprelin 14-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyanın (MDB PA) yaz sessiyasında iştirak etmək üçün Sankt-Peterburqa yola düşəcək. Nümayəndə heyətinə deputatlardan Nizami Səfərov, Arzu Nağıyev, Əminə Ağazadə, Mixail Zabelin, Emin Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın Rusiya Federasiyasına rəsmi səfərinin yekunlarına dair məlumat
Xəbər verdiyimiz kimi, sentyabrın 21-23-də Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasında rəsmi səfərdə olub.
Vyaçeslav Volodin: “Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi Azərbaycan parlament nümayəndə heyəti sentyabrın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Federal Məclisin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinlə görüşdü.
Sahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək"
Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən Rusiya Federasiyasında səfərdədir. Səfər çərçivəsində sentyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşdü.
Milli Məclisin Sədri Sahibə xanım Qafarova Rusiya Federal Məclisinin Federasiya Şurasında çıxış edib
Rusiyada rəsmi səfərdə olan Milli Məclisin Sədri xanım Sahibə Qafarova sentyabrın 23-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında çıxış etdi. Bu, müstəqil Azərbaycanın Parlament Sədrinin Rusiyanın Federasiya Şurasında ilk çıxışı idi.
Valentina Matviyenko: “Azərbaycan bizim üçün strateji tərəfdaş olub və belə olaraq da qalır”
Səfər çərçivəsində sentyabrın 22-də Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşdü.
Milli Məclisin Sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir
Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

