Ana səhifə  /  XƏBƏRLƏR  /  Tədbirlər
175

ATƏT PA-nın qış sessiyasında

Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, üzvləri Ağalar Vəliyev, Tahir Mirkişili, Tural Gəncəliyev ATƏT PA-nın 22-ci qış sessiyasında iştirak etmək üçün fevralın 21-də Avstriyanın paytaxtı Vyana şəhərinə səfər edəcəklər.

20 fevral 2023    12:35
252

Milli Məclisin deputatları Avronest PA-nın sessiyasında iştirak edəcəklər

Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak etmək üçün fevralın 18-də Moldovanın Kişineu şəhərinə səfər edəcəklər.

18 fevral 2023    12:31
180

Deputatlarımız ABŞ-da səfərdə olacaqlar

Milli Məclisin üzvləri Naqif Həmzəyev və Şahin İsmayılov fevralın 12-də Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə səfər edəcəklər.

11 fevral 2023    12:31
174

Beynəlxalq konfransda

Milli Məclisin deputatı Arzu Nağıyev fevralın 7-də Pakistanın paytaxtı İslamabad şəhərinə səfər edəcək.

06 fevral 2023    11:50
2863

Parlament Aparatında vakant vəzifələrə müsabiqə keçiriləcək

Azərbaycan Respublikası Milli Məclisinin Aparatı hüquqşünas ixtisası üzrə vakant vəzifələrə dövlət qulluğuna qəbul ilə əlaqədar müsabiqə elan edir. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaqdır.

04 fevral 2023    10:38
233

Elm və təhsil komitəsində TBMM nümayəndə heyəti ilə görüş

Yanvarın 31-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

31 yanvar 2023    18:40
297

Aqrar siyasət komitəsində TBMM-in nümayəndə heyəti ilə görüş

Yanvarın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

31 yanvar 2023    18:36
158

Deputatlarımız Qırğız Respublikasında səfərdə olacaqlar

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlar Müşfiq Məmmədli, Əli Məsimli və Cavanşir Feyziyev yanvarın 30-da Qırğız Respublikasının paytaxtı Bişkek şəhərinə səfər edəcəklər.

28 yanvar 2023    12:16
268

AŞPA-nın qış sessiyasında

Yanvarın 22-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri deputatlar Erkin Qədirli, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov, Sabir Hacıyev, Könül Nurullayeva, Asim Mollazadə, Fazil Mustafa, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə AŞPA-nın növbəti sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.

21 yanvar 2023    11:25

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.