Ana səhifə  /  XƏBƏRLƏR
249

Gəncədə Vətən müharibəsi zamanı həlak olan mülki şəhidlərin xatirəsi anılıb

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarının ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, parlamentin komitə sədri Musa Quliyev, deputat Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov,Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk, din xadimləri və şəhər sakinləri iştirak ediblər.

18 oktyabr 2021    14:23
307

Milli Məclisdə ukraynalı deputatlarla görüş

Oktyabrın 16-da Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

16 oktyabr 2021    16:01
1033

Milli Məclisdə “Müstəqillik Günü haqqında” qanun layihəsi qəbul olundu

Oktyabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Spiker bildirib ki, bu iclas ölkəmizin və xalqımızın həyatında dönüş yaradan tarixi bir gün ərəfəsində keçirilir. Oktyabrın 18-də biz Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyini qeyd edəcəyik.

15 oktyabr 2021    18:41
502

Milli Məclisin sədri Sahibə Qafarovanın BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşü olub

Üçüncü Avrasiya Qadınlar Forumunda iştirak etmək məqsədilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova səfər çərçivəsində BMT-nin Qadınlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktoru Aliya El-Yassir ilə görüşüb.

14 oktyabr 2021    12:45
696

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb

Xəbər verildiyi kimi, Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Üçüncü Avrasiya Qadın Forumunda iştirak etmək üçün Rusiya Federasiyasında səfərdədir. Səfər çərçivəsində oktyabrın 13-də Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.

13 oktyabr 2021    20:38
239

Azərbaycan-Pakistan münasibətləri inkişaf edir

Oktyabrın 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Haye ilə görüşüb.

13 oktyabr 2021    18:13

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.