Ana səhifə  /  XƏBƏRLƏR
647

Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Aprelin 8-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda iclası keçirilib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova iclası açaraq gündəlikdəki birinci məsələ - Azərbaycan Respublikasının Meşə, Əmək, Ailə, Cinayət, Vergi, Cinayət-Prosessual və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsi barədə Qanun layihəsi barədə məlumat verib.

08 aprel 2021    17:06
777

Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib

Aprelin 8-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti onlayn iclası keçirilib.
İclası açan komitənin sədri Əhliman Əmiraslanov bildirib ki, gündəliyə 6 qanun layihəsi daxildir. Bu qanun layihələrində nəzərdə tutulan dəyişikliklər Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 20 dekabr 2018-ci il tarixli Prezident Fərmanından irəli gələn məsələlərlə əlaqədardır.

08 aprel 2021    16:04
779

Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Aprelin 7-də Milli Məclisin Sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Adel İbrahim Ahmed İbrahim ilə görüşüb. Spiker qonağı səmimi salamlayaraq, Misirin Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olduğunu vurğulayıb. O, ölkəmizin Misirlə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə əhəmiyyət verdiyini bildirərək, tərəflər arasında imzalanmış sənədlərin əməkdaşlığın daha da dərinləşməsinə müsbət töhfələr verdiyini qeyd edib.

07 aprel 2021    17:40
405

QDİƏT PM komitələrinin onlayn iclasları keçirilib

Aprelin 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin iki komitəsinin növbəti iclasları onlayn formatda keçirilib. Hər iki videokonfransda quruma üzv ölkələrin nümayəndə heyətlərinin üzvləri iştirak ediblər.

07 aprel 2021    17:09
567

İraq parlament nümayəndə heyəti Milli Məclisdə olub

Aprelin 5-də Milli Məclisdə ölkəmizdə səfərdə olan İraq Parlamentinin Xarici əlaqələr komitəsinin sədri Şerko Məhəmməd Saleh Əhməd Kadir Mir Vaisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

05 aprel 2021    18:18
675

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında

Aprelin 5-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn formatda iclası keçirilib. İclasda qanunvericilikdə dəyişikliklərlə bağlı 4 qanun layihəsinə baxılıb. İclası açan Milli Məclis Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəlikdəki “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) və “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş) iki məsələnin bir-birilə bağlı olduğunu bildirib.

05 aprel 2021    17:43
1155

Milli Məclisin iclasında

Aprelin 2-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. İclasda 13 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsində deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Fazil Mustafa, Ceyhun Məmmədov, Zahid Oruc, Şahin Seyidzadə, Bəhruz Məhərrəmov, Sədaqət Vəliyeva, Aydın Mirzəzadə və Aqil Abbas bir sıra aktual məsələlərə münasibət bildiriblər, təkliflərini diqqətə çatdırıblar.

02 aprel 2021    19:03
307

Deputatlarımız Bolqarıstanda parlament seçkilərini müşahidə edəcəklər

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev və Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün aprelin 2-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.

01 aprel 2021    12:20
792

Elm və təhsil komitəsinin iclasında

Martın 31-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirilib. İclası açan komitə sədri Bəxtiyar Əliyev hər il martın 31-də erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım siyasətinin qurbanlarının yad edildiyini diqqətə çatdırıb.

31 mart 2021    16:55
307

Baltik Assambleyasının komitə iclası keçirilib

Martın 26-da Baltik Assambleyasının Təhsil, elm və mədəniyyət komitəsinin videokonfrans formatında iclası keçirilib. İclasda Milli Məclisin GUAM Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.

26 mart 2021    18:15
809

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin MƏLUMATI

Bu il martın 23-də Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı-Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin AP tərəfdən həmsədri Marina Kalyurand, AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko və AP-nin Ermənistan üzrə daimi məruzəçisi Andrey Kovaçev tərəfindən Birgə Bəyanat verilib.

24 mart 2021    20:30
1286

Əmək və sosial siyasət Komitəsində

Martın 19-da Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti onlayn iclasında iki məsələyə baxılıb. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsi və yenidən qurulması istiqamətində görülən işlərdən söz açıb, uzun illərdən sonra Azərbaycanın ərazi bütövlüyü şəraitində qeyd etdiyimiz Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.

19 mart 2021    15:01
349

Milli Məclisdə Niderland səfiri ilə görüş olub

Martın 18-də Milli Məclisin Azərbaycan-Niderland parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Eldar Quliyev Niderland Krallığının Azərbaycan Respublikasındakı səfiri xanım Pauline Eizema ilə görüşüb.

18 mart 2021    17:49

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.