Ana səhifə  /  XƏBƏRLƏR
813

Milli Məclisin iclasında

Oktyabrın 2-də Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirildi. İclası açan Parlamentin Sədri Sahibə Qafarova əvvəlcə Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatlar, ölkəmizin haqq savaşı, şanlı ordumuzun zəfər yürüşü ilə bağlı fikirlərini bildirdi.

02 oktyabr 2020    10:37
358

Elm və təhsil komitəsinin iclasında

Oktyabrın 1-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyinə üç məsələ daxil edilib.

01 oktyabr 2020    10:35
237

Milli Məclisin Sədri brifinq keçirdi

Sentyabrın 30-da VI çağırış Milli Məclisin payız sessiyasının ilk iclasından əvvəl Milli Məclisdə mətbuat nümayəndələri üçün yaradılmış 3 yeni iş otağının açılışı oldu.

30 sentyabr 2020    10:27
670

Milli Məclis “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının təsdiq edilməsi barədə qərar qəbul etdi

Sentyabrın 27-də Milli Məclisin iclası keçirildi. Milli Məclisin Sədri Sahibə Qafarova iclası açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Milli Məclisin Sədri Sahibə Qafarova bildirdi ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 29-cu bəndinə və 111-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərman imzalamış və həmin Fərmanı təsdiq edilmək üçün Milli Məclisə təqdim etmişdir.

27 sentyabr 2020    17:13
385

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində

Sentyabrın 24-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi Milli Məclisin payız sessiyasında ilk iclasını keçirdi. Komitənin sədri Ziyafət Əsgərov payız sessiyasının başlanması münasibətilə deputat həmkarlarını təbrik etdi, onlara qanun yaradıcılığında və ictimai-siyasi fəaliyyətlərində uğurlar arzuladı. Sonra gündəlikdəki məsələlər barədə məlumat verdi.

24 sentyabr 2020    17:07
278

Sahibə Qafarova: "Azərbaycan xalqı heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına icazə verməyəcək"

Xəbər verildiyi kimi, Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 21-dən Rusiya Federasiyasında səfərdədir. Səfər çərçivəsində sentyabrın 23-də Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüşdü.

23 sentyabr 2020    16:55
739

Aqrar siyasət komitəsinin iclasında

Sentyabrın 22-də Milli Məclisin Aqrar siyasət komitəsinin 2020-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Tahir Rzayev həmkarlarını yeni sessiyanın başlanması münasibəti ilə təbrik etdi və onlara qarşıdakı payız sessiyasında uğurlar arzuladı.

22 sentyabr 2020    16:44
526

Milli Məclisin Sədri Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir

Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gəlib. Bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir.

21 sentyabr 2020    16:40
442

Gənclər və idman komitəsi ötən sessiyalarda səmərəli fəaliyyət göstərib

Sentyabrın 21-də Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib. Milli Məclis Sədrinin müavini, komitə sədri Adil Əliyev yeni sessiyanın başlaması münasibəti ilə deputatları təbrik edib, işlərində uğurlar arzulayıb. Diqqətə çatdırıb ki, iclasda 2020-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində görülən işlər barədə hesabata və payız sessiyası üçün iş planının layihəsinə baxılacaq. Komitə sədri qeyd etdi ki, ölkəmizdə COVİD 19 pandemiyası ilə bağlı mübarizədə Milli Məclis çox böyük işlər gördü.

21 sentyabr 2020    16:32
327

Elm və təhsil komitəsində

Sentyabrın 21-də Milli Məclisin Elm və təhsil komitəsinin növbəti onlayn iclası keçirildi. Komitənin sədri Bəxtiyar Əliyev bildirdi ki, gündəliyə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Peşə təhsili haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə” sənədin müzakirəsi daxil edilib.

21 sentyabr 2020    16:30
355

Səhiyyə komitəsində

Sentyabrın 18-də Milli Məclisin Səhiyyə komitəsi payız sessiyasında ilk iclasını keçirdi.

18 sentyabr 2020    16:26

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.